Bakıda gənc qızları fahişəliyə cəlb edən qadına cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, A.Ömərova Cinayət Məcəlləsinin 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham olunur.
İş üzrə zərərçəkmiş qismində 33, 21, 31 və 25 yaşlarında olan dörd qız var.
Məhkəmənin qərarı ilə A.Ömərova barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı davam edir.
Reportypr.tv