Abşeron polisi xüsusi karantin rejimi dövründə də ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyur-FOTO
Tarix: 10-04-2020, 12:30
Baxılıb: 606
Google+ Paylaş
Tumblr Paylaş

Abşeron polisi xüsusi karantin rejimi dövründə də ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyur-FOTO

10-04-2020, 12:30

Bölgə Tv-nin  əməkdaşları xüsusi karantin rejimi ilə bağlı  Abşeron rayon ərazisində qurulan post patrul polis postlarında olublar.Əməkdaşlarımız ərazidə xidmət göstərən post-patrul xidmətinin əməkdaşlarının öz vəzifələrini  layiqincə yerinə yetirməsinin,  ictimai asayişin ərazidə  sayıqlıqla qorunduğunun ,qayda-qanunların təmin olunmasının şahidi  olublar.
Postlarda vətəndaşların sənədləri yoxlanılaraq, zərurət olmadığı təqdirdə hərəkət etmələrinə nəzarət olunur və onların qarşısı alınır. Abşeron polisi vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət etməyə çağırır və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün sürücülər,piyadalar evdə qalmağa çağrılır,təlimatlandırılır.Eyni zamanda Abşeron polisi vətəndaşlarla  maarifləndirmə işləri aparırılar. 













 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ