Balakəndə 1 t 200 kq narkotik vasitə məhv edilib
Tarix: 6-06-2020, 11:44
Baxılıb: 646
Google+ Paylaş
Tumblr Paylaş

Balakəndə 1 t 200 kq narkotik vasitə məhv edilib

6-06-2020, 11:44

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ