Tramp qızdırması olduğunu etiraf edən həkimdən dərhal uzaqlaşdı - VİDEO
Tarix: 24-03-2020, 14:59
Baxılıb: 814
Google+ Paylaş
Tumblr Paylaş

Tramp qızdırması olduğunu etiraf edən həkimdən dərhal uzaqlaşdı - VİDEO

24-03-2020, 14:59

ABŞ prezidenti Donald Tramp koronavirusla mübarizə üzrə koordinator Debora Birksin özünü pis hiss etməsi ilə bağlı sözlərindən sonra ondan aralanıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hadisə bu gün Ağ Evdə keçirilən mətbuat konfransında baş verib.
“Dünən məndə azacıq temperatur var idi”, - deyə xanım Birks prezidentin yanında bu sözləri söyləyib.
Bundan sonra Donald Tramp qəfildən onun yanından zarafatla üzünü çevirərək kənara çəkilib.
“Bəlkə mədə-bağırsaq problemlərindən irəli gələ bilər. Lakin mən icraçıyam, həm də həkiməm. Artıq test də keçirdim və nəticə mənfi olub”, - deyə Debora Birks sözlərini düzəldib.
Bundan sonra ABŞ prezidenti hamının eşidəcəyi tərzdə dərin nəfəs alaraq yenidən ona yaxınlaşıb. 
“Çox sağ olun ki, dediniz”, - deyə Ağ Ev sahibi gülümsəyərək ona söyləyib.
“Bz hamımız bir-birimizin qayğısına belə qalmalıyıq”, - deyə Debora Birks koronavirusdan dolayı hər kəsi fərdi məsuliyyət duyğusu daşımağa çağırıb.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ