“LUKoil”i Vahid Ələkbərovdan almaq istəyirlər - iddia
Tarix: 20-03-2020, 09:49
Baxılıb: 995
Google+ Paylaş
Tumblr Paylaş

“LUKoil”i Vahid Ələkbərovdan almaq istəyirlər - iddia

20-03-2020, 09:49

Azərbaycan kökənli biznesmenə qarşı Seçin hücumu

“LUKoil” Şirkətlər Qrupunun rəhbəri Vahid Ələkbərovla Rusiyanın “Rosnefteqaz” dövlət kompaniyasının direktorlar şurasının sədri İqor Seçin arasında çəkişmə pik həddə çatıb. Rus mediası hər gün bundan yazır və “LUKoil”ə qarşı hücum kampaniyası müşahidə edilir. Nəzərə alsaq ki, “Rosneftqaz” dövlət şirkətidir və Seçin indiyə qədər bir çox iş adamlarının sonuna çıxıb, o zaman hesab etmək olarmı ki, “LUKoil”i Vahid Ələkbərovdan almaq istəyirlər və ya sıradan çıxarmaq planı qurulub?
Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, “Rosneft” “Başneft”in nəzarət paketini əldə edərək Başneft-plyus müəssisəsində "LUKoil"in tərəfdaşına çevrildikdən sonra iki nəhəng arasında böyük mübahisələr başlayıb. Rəqabətin bir sıra görünən və görünməyən tərəfləri var.
Əsas səbəblərdən biri kimi “LUKoil”in “Rosneft”i bu, günlərdə Moskva birjasında Rusiyanın üçüncü ən bahalı şirkəti sırasından çıxarıb onun yerini tutmasıdır: “Rusiyanın nizamnamə kapitalı ən bahalı şirkəti dəyəri trilyonlarla rubl ilə ölçülən ”Qazprom" ondan sonra isə “Sberbank”dır. “LUKoil” isə bu sırada üçüncü yerdən sıxışdıra bildi. Rusiya telekanallarında ölkədəki oliqarxların öz milyardlarını, böyük pulları necə əldə etməsinə həsr olunmuş verilişlərdə Ələkbərovun heç bir əziyyət çəkmədən, heç bir rəqabətə uğramadan “qızıl məcməyi”də öz şirkətini necə əldə etməsinə həsr edilib. Onun bioqraflarının Ələkbərovu atasını 3 yaşında itirməsi qeydləri şübhə altına alınaraq, ordu sıralarında xidmət etmədiyi vurğulanır. Baxmayaraq ki, “LUKoil” menecerlərinin 1/3 hissəsi elə keçmiş kadr hərbçiləridir. Onun 30 yaşında Bakıda neft emalı zavodunda rəis müavini olması sovet dövrü üçün ağılasığmaz karyera yüksəlişi kimi qeyd olunur. 1979-cu ildə “Surqutneft”də karyerası daha da yüksəlişə doğru irəliləyən Ələkbərov 1990-cı ilin yanvarında SSRİ-nin ən gənc nazir müavini təyin olunur.
nezaket.jpg (71 KB)
“Rosneft” 1991-ci ildə yaradıldı, lakin o, dövlət aktivlərini özündə saxlaya bilmədi və bunun əsas səbəbkarı Vahid Ələkbərov hesab olunur. SSRİ-nin süqutundan az əvvəl - 1991-ci ilin noyabr ayında o, ən böyük neft və qaz şirkətlərindən ibarət “LUKoil”i yaratdı. “LUKoil”in kriminal aləmlə sıx əlaqələrinə dair Rusiyanın keçmiş DİN rəhbəri A.Kulokovun qeydləri olduğu deyilsə də, hər halda, indiyədək ortada belə bir fakt yoxdur. Lakin üç dəfə məhkum olmuş Boqomol ləqəbli G.Boqomolov adlı qanuni oğrunun Luk-Marketə rəhbərlik etdiyi və ümumiyyətlə “LUKoil” in qeyri-rəsmi sahibi olduğu barədə şübhələr səngimək bilmir. Anası Tatyana Boçarovanın eston vətəndaşı olmasına görə özü də eston vətəndaşlığı olmuş Ələkbərovun pasportu əlindən alınmışdır. Bununla belə, 20 milyard dollar pulu olan və “Forbes” tərəfindən Rusiyanın dördüncü ən varlı adamı olan Ələkbərovun Rusiya ərazisində qeyri-rəsmi immuniteti vardır. Hazırda əsas mübahisə Vankor neft-qaz yatağından neft daşınması ilə bağlıdır. Ələkbərova 1 milyard dollara başa gələn Varandey terminalı və oradan neftin daşınması qiymətləri ilə bağlı hətta Rusiyanın Federal Antiinhisar Xidməti də araşdırma aparmaqdadır. Vahid Ələkbərov İqor Seçinlə axıradək mübahisəni davam etdirəcəyini, yeri gələrsə, məhkəmə müraciət edib qələbə qazanacağını bildirib. Bu da təbii ki, Seçinə meydan oxumaq kimi qəbul edilir. Seçin hər vəchlə Varandey terminalını qiymətdən salmağa çalışır və ola bilsin ki, Ələkbərovu onu satmağa vadar etmək istəyir. Ola da bilsin ki, Ələkbərovun bütün şimal terminallarını ələ keçirmək planları var".
N.Məmmədova qeyd etdi ki, Vahid Ələkbərovun Rusiya hakimiyyəti yanında lobbiçilik imkanları Seçindən daha zəif qiymətləndirlir. Yəqin ki  Rusiya kimi qanunların deyil, şəxsi əlaqələrin daha çox rol oynadığı ölkədə Ələkbərov məğlubiyyətə məhkum ola bilərdi. Lakin onun keçmiş baş nazir Viktor Çernomırdinin kürəkəni olması, siyasətdə böyük təcrübəsinin və əlaqələrinin olması, “mən bütün karbohidratçıların patriotuyam!” deyərək milli kimliyindən hər zaman uzaq olması qələbəsini də təmin edə bilər.
Sabiq maliyyə naziri Fikrət Yusifov ile ilgili görsel sonucu
Sabiq maliyyə naziri Fikrət Yusifov isə bildirdi ki, əslində bu münaqişənin hansı zəmində baş verdiyini bilmədən hər hansı bir fikir söyləmək çətindir: “Ancaq bütün hallarda, hesab edirəm ki, Vahid Ələkbərov həmişə oyun qaydalarına riayət edərək fəaliyyət göstərən iş adamıdır. Arzu edək ki, sonda bu münaqişə həmyerlimiz üçün xoşagəlməyən vəziyyətlə nəticələnməsin. Ancaq türklər demişkən, burası Rusiya, orada nə desən baş verə bilər”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ