Azərbaycanda bu şəxslər bütün avtobuslardan PULSUZ istifadə edə bilər - RƏSMİ
Tarix: 10-04-2024, 10:52
Baxılıb: 304
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda bu şəxslər bütün avtobuslardan PULSUZ istifadə edə bilər - RƏSMİ

10-04-2024, 10:52

Bu gün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da Ramazan bayramı qeyd olunur. Bayram günlərində qonşu ölkələrdə əhaliyə müəyyən güzəştlər nəzərdə tutulub.

Reportyor.tv xəbər verir ki, qardaş Türkiyədə Ramazan tətili zamanı körpülər və avtomobil yollarının pulsuz olması barədə qərar qəbul olunub.

Oxşar praktikanın Azərbaycanda da tətbiq olunma ehtimalı varmı? Bu məqsədlə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edib. Qurumun mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur:

"Bununla yanaşı, yaşayış ünvanının 100 metrə məsafəsində fərdi parklanma talonu almış sürücülər yalnız talonda qeyd olunmuş məntəqələrdə nəqliyyat vasitələrini pulsuz saxlaya bilərlər. Qeyd olunanlardan başqa parklanma yerlərindən pulsuz istifadə qanunvericilikdə nəzərdə tutulmayıb.

Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ