Qarşı tərəf biologiya müəlliməsi yox, mikrobioloq olduğunu deyir – MÖVQE: Bəs, Beyləqan xəstəxanası nə deyir?
Tarix: 8-12-2023, 17:24
Baxılıb: 338
Google+ Paylaş
Tumblr Paylaş

Qarşı tərəf biologiya müəlliməsi yox, mikrobioloq olduğunu deyir – MÖVQE: Bəs, Beyləqan xəstəxanası nə deyir?

8-12-2023, 17:24

Xatırladmaq istəyirik ki, RealMedia.az olaraq dünənki yazımızda “TƏBİB-dən əcaib-qəraib təyinat: Beyləqan xəstəxanasında biologoya müəlliməsi necə laborant-həkim işləyir?” başlıqlı yazı dərc etmişdik.
Həmin yazımızda Beyləqan rayon xəstəxanasındakı bir sıra qanunsuzluqlardan, işə götürülən işçilərin düzgün yerləşdirilməməsindən,  əksər işçilərin ştat üzrə adları kiçik tibb bacısı – xadiməçi, hətta qeydiyyatçı, porter (xəstə baxıcısı) və sair göstərilsə də, ancaq fərqli sahələrdə çalışmalarından,  ixtisasça biologiya müəlliməsi olan Leylaxanım Əlizadənin laboratoriya şöbəsində laborant-həkim işləməsi barədə də bəhs etmişdik.
Mənbənin RealMedia.az-a verdiyi məlumatlarda qeyd olunurdu ki, Leylaxanım xanım ixtisasça biologiya müəlliməsi olsa da, ixtisası üzrə məktəblərdə iş tapmadığından, daha doğrusu müəllimlərin işə qəbulu üzrə müsabiqədən keçə bilmədiyindən Beyləqan rayon xəstəxanasının lobarotoriya şöbəsində laborant-həkim olaraq fəaliyyətə başlayıb.
Redaksiya olaraq ixtisasça müəllimə olan birinin xəstəxanada – qanın ümumi analizi şöbəsində həkim və ya mütəxəssis kimi çalışması bizdə də haqlı suallar yaratmışdır. Əslində redaksiya olaraq gözləyirdik ki, Beyləqan rayon xəstəxanasının rəhbərliyi tərəfindən ixtisasça müəllimə olduğu iddia olunan bir xanımla bağlı dərhal mövqe bildirəcək. Lakin bu iddiaya münasibətdə xəstəxana rəhbərliyi susmağı tərciyə etsə də, pedeqoji sahədə təhsil aldığı iddia olunan Leylaxanım Əlizadənin atası bizimlə əlaqə saxlayaraq bəzi məsələyə münasibət bildirib.  O, qızı Leylaxanım Əlizadə SDU-nin biologiya müəllimliyi üzrə yox, biologiya ixtisası üzrə bakalavır təhsili alıb, mikrobioloq – fizioterepeft olduğunu, eyni zamanda da magistratura pilləsini bitirdiyini, kiçik elmi işçi olduğunu bildirərək, buna görə də Beyləqan rayon xəstəxanasının laboratoriya şöbəsində ixtisasına uyğun işlə təmin edildiyini ifadə edib. Qızının müəllimə işləməsi üçün hansısa bir müsabiqədən kəsilməsinin düzgün qeyd edilmədiyini də bildirir.
Biz də redaksiya olaraq qarşı tərəfin fikirlərini nəzərə alıb kimi qeyd onları əks arqumenti kimi dərc etdik. Yaxşı olardı ki, işə götürən müəssisə – Beyləqan rayon xəstəxanası qeyd olunan məsələylə bağlı da öz mövqeyini bildirə.
Reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ