Hamı direktorun ad gününə SƏFƏRBƏR OLUB... - AY MAŞALLAH...
Tarix: 22-11-2023, 19:03
Baxılıb: 239
Google+ Paylaş
Tumblr Paylaş

Hamı direktorun ad gününə SƏFƏRBƏR OLUB... - AY MAŞALLAH...

22-11-2023, 19:03

Bakı məktəbində direktorun doğum günü ilə bağlı pul yığıldığı iddia olunur.

Söhbət Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən gedir.

Bu barədə Bizim.Media-ya Türkan qəsəbə sakini, “Yeni baxış ictimai nəzarət” təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib.

Bildirdiyinə görə, məktəbin direktoru Kəmalə Babayevanın noyabrın 24-də doğum günü ilə bağlı müəllim heyəti və şagirdlər arasında pul yığılır:

“Ayın 24-ü direktorun ad günüdür. İbtidai siniflərdə hər şagirddən 2 manat, yuxarı siniflərdən 3-5 manat, hansısa məbləğdə isə müəllimlərdən pul yığılır”.

Məsələ ilə bağlı 262 saylı orta məktəblə əlaqə yaratdıq. Direktor Kəmalə Babayeva Bizim.Media-ya açıqlamasında məsələdən yeni xəbərdar olduğunu bildirib:

“Bunu sizdən eşidirəm. Zəhmət olmasa, Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə yaradın”.

Direktor doğum gününün noyabrın 24-də olub-olmaması sualımızı isə nə təsdiq, nə də inkar edib.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən sorğumuza cavab olaraq, məsələnin araşdırılacağı bildirilib.

Mövzunu diqqətdə saxlayacağıq...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ