Yardımlı ağsaqqallarından Sabir Rüstəmxanlıya SƏRT REAKSİYA
Tarix: 3-05-2020, 15:11
Baxılıb: 4 714
Google+ Paylaş
Tumblr Paylaş

Yardımlı ağsaqqallarından Sabir Rüstəmxanlıya SƏRT REAKSİYA

3-05-2020, 15:11

Sabir Rüstəmxanlının Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı haqda səsləndirdiyi ittiham dolu çıxışı rayon ictimaiyyəti tərəfindən heç də bir mənalı qarşılanmadı.
 
Kainat.tv-yə bu barədə rayon ağsaqqalları tərəfindən İDDİAlı müraciət daxil olub.
 
Müraciəti olduğu kimi təqdim edirik: 
 
"Sabir bəy, siz düzlükdən, təmizlikdən danışa bilməzsiz, üç dəfə Yardımlıdan deputat seçildiniz, nə iş gördünüz? Ancaq özünüz üçün, yaxınlarınız üçün işlədiniz.
Cənab Prezidentin, icra başçılarının gördüyü işləri öz adınıza çıxdınız. "Ziyallılar evi" adı altında özünüzə rayonun mərkəzində villa tikdirdiniz. Əvvəl çayxana etdiniz, indi də "Kaspi” təhsil mərkəzinə icarəyə verib hər ay pul qazanırsınız.
Rayonun Gavran kəndində "Yaradıcılıq evi" tikmək adı altında 1 ha torpaq sahəsini zəbt etmisiniz.
Budurmu, sizin vətənpərvərliyiniz? Ulu Öndərin verdiyi "Şöhrət” ordenindən imtina etdiniz, amma bu hakimiyyətdən bol-bol bəhrələndiniz. Necə deyərlər: "Öz gözünüzdə tiri görməyib, özgə gözdə qıl axtarırsınız." Sizin Yardımlı rayonu haqqında danışmağa heç bir mənəvi haqqınız yoxdur.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.

Yardımlı ağsaqqalları adından:

  • Əbilov Təmşiyyət Agarəhim oğlu
  • Caniyev Adişirin Rufulla oğlu
  • Əkbərov Sabir Məcid oğlu
  • Xudiyev Abosət Məlik oğlu
  • Adiyev Telman Balabəy oğlu
  • Babayev Qələmirzə Babaxan oğlu
  • Mənsimov Dadaş Musa oğlu
  • Əliyev Əli Mahmudaga oğlu
  • Məmmədov Niyaməddin Özüxan oğlu
  • Məcidov Adəm İsaxan oğlu
  • Nəzərov Daməd Qüdrət oğlu
  • Babayev Səfiqulu Məşi oğlu
  • Əliyev Əli Mahmudağa oğlu
  • Vəliyev Heybət Orduxan oğlu
  • Mirzəyev Arzu Məharət oğlu (şəhid ailəsi) və başqaları.

 
Kainat.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ