Bakının 20 Yanvar dairəsinə giriş məhdudlaşdırılır
Tarix: 30-04-2020, 11:08
Baxılıb: 772
Google+ Paylaş
Tumblr Paylaş

Bakının 20 Yanvar dairəsinə giriş məhdudlaşdırılır

30-04-2020, 11:08

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırılır.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva pr-ti – Cavadxan küç. – 3-cü mkrn.dairəsi və ya Tbilisi pr-ti – Ədbdulvahab Salamzadə – Ceyhun Səlimov küçələri – 3 mkrn.dairəsi istiqamətlərindən istifadə edərək Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva pr-nin köməkçi yoluna çıxa bilərdlər.
Qeyd edək ki, 2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin Alatava – Dadaş Bünyadzadə , Alatava – Müzəffər Həsənov küçələri istiqamətindən istər 20 Yanvar dairəsinə, istərsə də şəhərin digər istiqamətlərinə çıxa bilərlər.
“Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik”, - deyə AAYDA-dan bildirilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ