Polis "Şahmar" kafesinə basqın etdi - 9 nəfər tutuldu
Tarix: 13-01-2021, 18:43
Baxılıb: 2 762
Google+ Paylaş
Tumblr Paylaş

Polis "Şahmar" kafesinə basqın etdi - 9 nəfər tutuldu

13-01-2021, 18:43

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şahmar" kafesini aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı kafenin sahibi və daha 8 müştəri saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Müştərilər və obyekt sahibi barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi bir daha çatdırılıb.
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ