Xankəndi stadionu "Qarabağ"ın oyununa belə hazırlanır - VİDEO
Tarix: 8-12-2023, 14:00
Baxılıb: 94
Google+ Paylaş
Tumblr Paylaş

Xankəndi stadionu "Qarabağ"ın oyununa belə hazırlanır - VİDEO

8-12-2023, 14:00

Xankəndi şəhər stadionunda yenidənqurma işləri davam edir.
Publika.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yeni video yayılıb.
Hazırda arenanın tribunalarında yeni oturacaqlar quraşdırlır. Stadionun otaqları təmir olunur və müasir tələblərə cavab verilməsi üçün çatışmazlıqlar aradan qaldırılır.
İşlərin növbəti həftə ərzində başa çatacağı gözlənilir. Çünki dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final mərhələsimin "Qarabağ" - MOİK matçı burada keçiriləcək.
Kubokun təşkilatçısı olan Peşəkar Futbol Liqası oyunla bağlı rəsmi açıqlama verməsə də, bu yöndə işlər davam edir. AFFA, PFL eləcə də Gənclər və İdman Nazirliyi oyunun yüksək səviyyədə təşkil edilməsi yönündə birgə fəaliyyət göstərir.
Heybət
[media= HTMLCollection(2) [div.tgme_widget_message_user, div.tgme_widget_m]


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ