Almaniyada koronavirusa yoluxanların sayı 95 000 nəfəri ötdü
Tarix: 6-04-2020, 08:25
Baxılıb: 580
Google+ Paylaş
Tumblr Paylaş

Almaniyada koronavirusa yoluxanların sayı 95 000 nəfəri ötdü

6-04-2020, 08:25

Almaniyada koronavirusa yoluxma ilə təsdiq edilmiş halların sayı 95 391 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Robert Kox İnstitutu bildirib.
Məlumata görə, ölkədə ümumilikdə 1 434 nəfər pandemiyanın qurbanı olub.
Son sutka ərzində Almaniyada 3 677 virusa yeni yoluxma aşkarlanıb, ölənlərin sayı 92 nəfər təşkil edib.
Yoluxma hallarının ən böyük sayı Bavariyada (24 974) qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Baden-Vürtemberq (19 395) və Şimal Reyn-Vestfaliya (19 384) qərarlaşıb. Paytaxt Berlində xəstəliyə 3 670 yoluxma aşkarlanıb.
Koronavirus ilk dəfə ötən ilin sonlarında Çini Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.  
Dünyada koronavirusa yoluxma hallarının sayı 1 133 758, ölənlərin sayı 62 784 nəfər təşkil edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ