Koronavirus dövründə ixtisar oluna biləcək iş sahələrinin və sənətlərin adları açıqlanıb
Tarix: 6-04-2020, 02:04
Baxılıb: 851
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirus dövründə ixtisar oluna biləcək iş sahələrinin və sənətlərin adları açıqlanıb

6-04-2020, 02:04

Turizm, fitnes, moda, vizaj və stasionar qidalanma sənayesinə koronavirus pandemiyası bitdikdən sonra belə əvvəlki qədər tələbat yaranmayacaq və beləliklə onlar risk altında olan sahələrə çevriləcək.
Musavat.com xəbər verir ki, bununla bağlı “Russia Today” kanalının xüsusi reportajında danışılıb.
Kanal araşdırma zamanı Mütərəqqi təhsil instititunun ekspertlərinin fikirlərindən istifadə edib.
Analitiklərin fikrincə, risk zonasında ilk növbədə hərəkət azadlığını məhdudlaşdırılması ilə əlaqədar işini dayandıran turistik və ekskursiya agentlikləri təhlükəli zonaya düşəcəklər.
Beynəlxalq və daxili nəqliyyatın durması artıq bir sıra hava yolu şirkətlərini iflasın astanasına gətirib. Bu vəziyyət bir çox təcrübəli peşəkarın arasında iş tapmaq uğrunda rəqabəti amansızlaşdıracaq.
ABŞ mediasının xəbərlərində hava limanlarında bir-birinin arxasınca sıralanan boş təyyarələr tez-tez göstərilir.
“Mükəmmməliyin cənnəti”,-telekanallardan biri Pittsburq hava limanında uçuş zonasında hərəkətsiz dayanan American Airlines şirktəinə mənsub hava gəmilərini göstərərkən süjetə belə bir ad qoyub.
“Miami Herald” qəzetinin xəbərinə əsasən, “American Airlines” şirkəti 450 təyyarəsini artıq uçurmur. Firma may ayının 6-na qədər 50 mindən çox reysi ləğv edib.
İnstitut mütəxəssislərin rəyinə əsasən, oxşar situasiya fitnes sənayesində də gözlənilir. Artıq burada müştərilərə əvvəlki həcmdə xidmət göstərilə bilinməyəcəyinə görə, təcrübəli fitnes təlimçilər indidən iş axtarmağa başlamağa məcburdurlar.
Bundan başqa koronavirusla bağlı alınan tədbirlər avtomatizasiya və iş prosesinin rəqəmsallaşması prosesinə təkan verə bilər. Artıq onlayn xdmət sahələri inkişaf etdirilir. Bundan irəli gələrək bir sıra iş bölmələri də zərbə altına düşür. Buraya kiçik müşavirlər, hüquq məsləhətçiləri, bank menecerləri, rieltorlar, tərcüməçilər, müəllimlər və repetitorlar daxildir.
Artıq zatən qürub çağlarını yaşayan poliqrafiya sənayesi və burada çalışanlar da iş yerlərini itirmək təhlükəsi ilə üzləşəcəklər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ