Bu dərman koronavirusu öldürür - Türk professor açıqladı
Tarix: 6-04-2020, 01:01
Baxılıb: 871
Google+ Paylaş
Tumblr Paylaş

Bu dərman koronavirusu öldürür - Türk professor açıqladı

6-04-2020, 01:01

Çinin Uhan şəhərindən bütün dünyaya yayılan koronavirusu 48 saat içində məhv edən dərmanın adı açıqlanıb. Türkiyə mediası xəbər verir ki, bu barədə professor Bengi Başer sosial şəbəkədə məlumat paylaşıb.
Avstraliyada “İVERMECTİN” adlı parazit əleyhinə dərmanın laboratoriya şəraitində 48 saat müddətində COVİD-19-u öldürdüyü sübut olunub.  Ən qısa müddətdə kliniki prosedurların başladılacağı və müsbət nəticə əldə olunarsa, bəşəriyyətin böyük bəladan xilas olacağı qeyd edilib.
Qeyd edək ki, “İVERMECTİN” parazit infeksiyaların müalicəsində istifadə edilən, bitlənmə, qaşınma, strongiloidiazis, trikuriazis, askariazis ve lenfatik filariasis əleyhinə dərmandır. Parazit daxilindəki hissələrə bağlanaraq təsir göstərməyə başlayan dərman onu iflic edərək öldürür və infeksiyanı müalicə edir.
“İVERMECTİN”in yorğunluq, enerji itirilməsi, ürək bulanması, qusma, ishal, qaşınma kimi əks-təsirləri var.
Bizimxeber.az
https://bizimxeber.az/xeber/bu-derman-koronavirusu-ouml-ld-uuml-r-uuml-r-nbsp-t-uuml-rk-professor-a-ccedil-iqladi/1878


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ