Koronavirus dalğası genişlənir: Amerika da təhlükəli vəziyyətə düşdü - CƏDVƏL
Tarix: 21-03-2020, 22:34
Baxılıb: 1 024
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirus dalğası genişlənir: Amerika da təhlükəli vəziyyətə düşdü - CƏDVƏL

21-03-2020, 22:34

Koronavirus (COVİD-19) infeksiyası dünyada sürətlə yayılmağa davam edir.
Musavat.com xarici mənbələrə istinadən bildirir ki, yoluxma üzrə ümumi göstəricilərə görə ilk beşlikdə Çin, İtaliya, İspaniya, Amerika və Almaniya gəlir.
Çində son saatlarda koronavirusa 41 nəfər yoluxub, 7 nəfər isə dünyasını dəyişib. Bu ölkədə ümumi yoluxma sayı 81 min 8 nəfərdir. Bu vaxta qədər ümumi ölənlərin sayı 3 min 255 nəfərdir. Son günlərdə Çində yeni yoluxanların sayı xeyli azalıb. Mütəxəssislər Çinin koronavirusa qalib gəldiyini bildirirlər. İtaliyada bu gün də ciddi yoluxma və ölüm faktları qeydə alınıb. Belə ki, son saatlarda İtaliyada 6 min 557 nəfər koronavirusa yoluxub, 793 nəfər isə ölüb. Bu ölkədə ümumi yoluxma sayı 53 min 578 nəfər, ümumi ölənlərin sayı isə 4 min 825 nəfərdir.
Dünyada koronavirus ilk dəfə Çində yayılsa da, hazırda İtaliya ümumi ölüm sayına görə Çini keçib...
Son 24 saat ərzində İspaniyada yoluxma sayı xeyli artıb. İspaniyada son saatlarda 3 min 803 nəfər yoluxub, 285 nəfər ölüb. Bu ölkədə koronavirusa ümumi yoluxan 25 min 374, ümumi ölən isə 1378 nəfərdir.
Son saatlarda Amerika yoluxanların sayına görə dünyada 4-cü yerə yüksəlib. Belə ki, ötən 24 saat ərzində Amerikada 3 min 355 nəfər koronavirusa yoluxub, 32 nəfər isə ölüb. Bu ölkədə yoluxanların ümumi sayı 22 min 738 nəfər, ölənlər isə 288 nəfərdir.
Almaniyada son saatlarda 2 min 6 nəfər yoluxub, 9 nəfər isə ölüb. Bu ölkədə də gün ərzində yoluxanlar ötən günlərlə müqayisədə artıqdır. Ümumilikdə Almaniyada 21 min 854 nəfər yoluxma, 77 nəfər ölüm halı qeydə alınıb.
Hazırda dünya üzrə koronavirusdan ölənlərin sayı 13 minə yaxınlaşıb. Belə ki, artıq 12 min 836 nəfər bu virusun qurbanı olub.
Son rəqəmlərə görə, yoluxanların ümumi sayı 298 min 262, sağalanların sayı isə 94 min 625 nəfərdir. Hazırda 190 min 801 xəstə müalicə alır. Onlardan 9 min 141 nəfərinin vəziyyəti ağırdır. Bu isə ümumi xəstələrin 5 faizi edir.
 
Əli Rais,
Musavat.com



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ