Ən ucuzu Albaniyada satılır, ən bahalısı isə…
Tarix: 15-08-2023, 16:50
Baxılıb: 84
Google+ Paylaş
Tumblr Paylaş

Ən ucuzu Albaniyada satılır, ən bahalısı isə…

15-08-2023, 16:50

“Qərbi Balkanlar regionu bir neçə əsas narkotik ticarəti marşrutunu, ən çox kokain, heroin və sintetik narkotikləri birləşdirən yolların kəsişməsində yerləşir. Qərbi Balkanlardan olan cinayətkar şəbəkələr Avropa İttifaqının narkotik bazarında əsas oyunçuya çevrilib”.
Bu sözləri Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkoekspert Emil Maqalov deyib.
E.Maqalov bildirib ki, ən ucuz narkotik Albaniyada, ən bahalısı isə Serbiyada satılır:
“Albaniyada təxminən 1,2 qramı 4 avro, 10 qramı 30 avrodur. Çətənənin topdansatış qiyməti isə ölkə daxilində və ya xaricdə istehsalına görə dəyişir.
Bir kiloqram təqribən 1300 avro, Serbiyada isə 2300 avrodur. Kokainə gəlincə, gənclərin əksəriyyəti bu narkotiki Monteneqroda sınaqdan keçiriblər və bu ölkədəki yay kurortları, Jahorina kimi xizək kurortları hesabatda əsas mərkəzlər kimi görünür. Bosniya və Herseqovina, Monteneqro və Serbiyada kokainin yarım qramının 40-50 avroya alına biləcəyi deyilir. Bundan əlavə, Monteneqroda təxminən 5-10 avroya “darojka” almaq mümkündür. Kosovoda isə 0,6 qramı təxminən 55-60 avroya satılır”.
E.Maqalov deyib ki, 2018-2020-ci illər arasında regionda heroinin orta pərakəndə satış qiymətinin qramı üçün 20 avro olduğu bildirilir. Ən aşağı orta qiymət Makedoniyada 16,5 avro, ən yüksək qiymət isə Serbiyadadır 21,5 avro:
“Kosovoda heroin kiçik miqdarda 0,25 qramla 5 avroya satılır. Oxşar pərakəndə satış təcrübəsi Serbiyada da müşahidə olunur 0,2 qram 7-8 avro civarındadır. Bəs deyirdiz, hər yerdə vəziyyət yaxşıdır, tək Azərbaycan batır?!”


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ