İsmayıllıda icra nümayəndəsinin saxlanılma anı —  DTX-nın əməliyyat videosu
Tarix: 27-04-2020, 22:42
Baxılıb: 1 696
Google+ Paylaş
Tumblr Paylaş

İsmayıllıda icra nümayəndəsinin saxlanılma anı — DTX-nın əməliyyat videosu

27-04-2020, 22:42

DTX İsmayıllıda icra nümayəndəsini belə saxladı...
Xəbər verdiyimiz kimi, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
PİA.az-ın məlumatına görə, Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilmiş və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ