loading...

Abşeron Məhkəməsinin sədrinə qarşı rüşvət ittihamı

Abşeron Məhkəməsinin sədrinə qarşı rüşvət ittihamıİddiaya görə, Təfəkkür Universitetinin filial direktoru Riyad Əliyev ölkədən kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi üçün Əşir Səmədova 60 min dollar verib

Son vaxtlar ölkə mətbuatında dərc olunan materiallarda ədliyyə orqanlarının fəaliyyətindən doğan narazılıqlar tez-tez öz əksini tapırlar. Məhz məhkəmə salonlarında, müxtəlif instansiya məhkəmə hakimlərinin ədalətsiz və qərəzli qətnamələri nəticəsində hüquqları pozulmuş Azərbaycan vətəndaşlarının sayı azalmaq bilmir. Bu vəziyyət isə ölkənin Ədliyyə sistemində həyata keçirilən islahatların, həmçinin antikorrupsiya tədbirlərinin hələ də istənilən nəticə verməməsi anlamına gəlir. Biz dəfələrlə qeyd etmişik ki, ölkənin ədliyyə sisteminin normal fəaliyyəti vətəndaşların həm hüquqlarının, həm də məsuliyyətlərinin təminatını həyata keçirməklə asayişi mühafizə edir. Təbii ki, ədliyyə müəssisələrinin normal fəaliyyəti ilk növbədə ölkə qanunlarına və ədalət prinsiplərinə ciddi əməl olunmaqla həyata keçirilməlidr. Bu günümüzün reallıqlarından biri də budur ki, artıq məhkəmələr və müxtəlif xarakterli məhkəmə prosesləri ictimai həyatımızın bir hissədir. Ən müxtəlif instansiya məhkəmələrində araşdırılan işlər mütəmadi olaraq bu və ya digər baxımdan müəyyən maraq kəsb edərək ictimai müzakirəyə təqdim olunur. Bax elə bu məqam da artıq konkret şəxslərin - məhkəmə sədrlərinin, hakimlərin, dövlət ittihamçıları və vəkillərin fəaliyyətini qabarıq formada nümayiş etdirir. Buna görə də bir çox hallarda ictimai müzakirələrin mövzusu elə bu fəaliyyətlə bağlı olur. Digər tərəfdən də, bəzən bu səlahiyyət sahibləri tərəfindən yol verilən hərəkətlər artıq ayrı-ayrılıqda götürülmüş sadəcə bir vətəndaşın deyil, ümumilikdə dövlətin mənafeyi ilə də ziddiyyət təşkil etmiş olur. Bu baxımdan son günlər Avatv.az və Emtv.az informasiya portalları tərəfindən yayımlanan və Abşeron Rayon Məhkəməsinin sədri Əşir Səmədova qarşı kifayət qədər ciddi ittihamın irəli sürülməsindən bəhs edən material da xüsusilə diqqəti cəlb edir. “Abşeron Məhkəməsinin Sədri Əşir Səmədovun rüşvət qalmaqalı üzə çıxdı” başlığı altında dərc olunmuş materialda bildirilir ki, Almaniyada bir neçə gün əvvəl İnterpol tərəfindən saxlanılan Təfəkkür Universitetinin filial direktoru Riyad Əliyev sərbəst buraxılandan sonra yüksək vəzifəli şəxslər barəsində ifşaedici məlumatlar və videolar yayır. Məqalədə deyilir: “Avatv.az-a daxil olan məlumatda deyilir ki, barəsində cinayət işi olduğundan ölkədən kənara çıxmasına qoyulmuş qadağanın götürülməsinə və Avropaya qaçmaq üçün sərhəddən keçməyinə qoyulmuş məhdudiyyətin aradan götürülməsinə görə Riyad Əliyev Abşeron Məhkəməsinin sədri Əşir Səmədova 60 min dollar verib. Bunu Abşeron Məhkəməsi sədrinin köməkliyi ilə edib. Şərti cəzası olan Riyad Əliyev Əşir Səmədova 60 min dollar verib və saxta xəstəlik arayışı ilə istədiyi qərarı barəsində çıxartdırmağa nail olub. Hətta saxta xəstəlik arayışı almaq üçün Abşeron Rayon Məhkəməsinin İcra Şöbəsinin İcra məmuru Cavad Həsənova 5 min manat rüşvət də verib. Həmin məmur da ''Medcus'' klinikasından xəstəlik sənədləri düzəldib...” Daha sonra maerialda məsələ ilə bağlı Əşir Səmədovun mövqeyini öyrənmək cəhdlərinin də uğursuzluqla nəticələndiyini vurğulanır: “Cənab Əşir Səmədov yəqin ki, tutduğu işdən peşman olduğu üçün hələ də susmağa üstünlük verir. Amma cənab Əşir Səmədov bir hüquqşünas kimi dərk etməlidir ki, belə yerdə artıq susmaq qızıl deyil...” Göründüyü kimi irəli sürülən ittihamlar kifayət qədər ağırlığı ilə seçilir. Digər tərəfdən isə artıq dünən Avatv.az və Emtv.az informasiya portallarının əməkdaşlarından aldığımız açıqlamada hər iki saytın redaksiyasına təhdidedici telefon zənglərinin daxil olduğu bildirilmişdi. Bütün bunlar isə materialda irəli sürülən ittihamların heç də əsassız olmadığına dəlalət edir...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər