Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI: temperatur kəskin dəyişir, leysan, qar gəlir
Tarix: 22-04-2020, 18:49
Baxılıb: 1 491
Google+ Paylaş
Tumblr Paylaş

Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI: temperatur kəskin dəyişir, leysan, qar gəlir

22-04-2020, 18:49

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 25-i gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, aprelin 23-də ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ