2 yaşlı oğlunu və keçmiş arvadını yandıran şəxsi ömürlük həbs cəzası gözləyir
Tarix: 19-04-2020, 13:50
Baxılıb: 720
Google+ Paylaş
Tumblr Paylaş

2 yaşlı oğlunu və keçmiş arvadını yandıran şəxsi ömürlük həbs cəzası gözləyir

19-04-2020, 13:50

Boşandığı qadının evini yandıran, 2 yaşlı oğlunun ölümünə səbəb olan şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Elmar Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxış iclasının vaxtı təyin edilib.
Qeyd edək ki, hadisə Şəmkir rayonunun Sarıtəpə kəndində baş verib. Elmar Sadıqov dəhşətli cinayət hadisəsinin baş verdiyi gün gecə saat 3 radələrində boşandığı Mətanət Məsimovanın atasının evinə gedib. M.Məsimovanın yatdığı otağa daxil olaraq, əlindəki benzini otağa tökərək, oranı yandırıb.
Yanğında onların birgə nigahdan olan oğulları, 2 yaşlı Nicat hadisə yerində dünyasını dəyişib. 1995-ci il təvəllüdlü Mətanət Məsimova və anası yanğından ağır xəsarət alaraq xəstəxanaya yerləşdirliblər. Onlar xəstəxanda vəfat ediblər.
Elmar Sadıqova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edilən ittihamlarla Elmar Sadıqovu ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ