Gürcüstanda ara qarışır: Saakaşvilinin partiyası parlamentdəki fəaliyyətini dayandırır
Tarix: 7-02-2023, 12:55
Baxılıb: 281
Google+ Paylaş
Tumblr Paylaş

Gürcüstanda ara qarışır: Saakaşvilinin partiyası parlamentdəki fəaliyyətini dayandırır

7-02-2023, 12:55

Saakaşvilinin partiyası parlamentdəki fəaliyyətini dayandırır və etirazlara başlayır.
Publika.az xəbər verir ki, Gürcüstanın müxalifət partiyası olan “Vahid Milli Hərəkat” (UNM) parlamentdəki fəaliyyətini dayandırıb və fövqəladə rejimə keçib. Bu barədə UNM-in yeni sədri Levan Xabeişvili brifinqdə bildirib.
Xabeişvili Tbilisi məhkəməsinin Mixail Saakaşvilini həbsdə saxlaması qərarından sonra hakim partiyaya müraciət edərək, "Sizin qayğısız həyatınız bitdi" deyib.
Xabeişvili bildirib ki, Tbilisi etirazın mərkəzinə çevriləcək və sabah paytaxtda partiyanın regionlardan olan nümayəndələrini tədbirlər planı hazırlamaq üçün gözlədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, yanvarın sonunda keçirilən partiyadaxili seçkilər nəticəsində Levan Xabeişvili UNM-nin sədri seçilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ