Dağıntılar altında qalan azərbaycanlı tələbələrin son durumu AÇIQLANDI - FOTO
Tarix: 7-02-2023, 11:54
Baxılıb: 405
Google+ Paylaş
Tumblr Paylaş

Dağıntılar altında qalan azərbaycanlı tələbələrin son durumu AÇIQLANDI - FOTO

7-02-2023, 11:54

Türkiyənin Malatya şəhərində binanın uçması nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə ilə bağlı son məlumat açıqlanıb.
Azərbaycanın Türkiyədəki səfirliyinin Malatyadakı nümayəndəsi Elvin Əhmədov Publika.az-a açıqlamasında bildirib ki, tələbələrin vəziyyəti barədə rəsmi qurumlardan cavab gözləyirlər.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, hazırda tələbələrin vəziyyəti ilə bağlı məlumatlar toplanır.
Qeyd edək ki, Malatya İnönü Universitetində təhsil alan Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yaşadıqları bina çöküb. Ötən gün tələbələrin dağıntılar altından çıxarılması ilə bağlı məlumatlar yayılmışdı.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ