Meksika köməyə gəlir: 145 nəfərlik axtarış-xilasetmə qrupu yoldadır
Tarix: 7-02-2023, 10:22
Baxılıb: 226
Google+ Paylaş
Tumblr Paylaş

Meksika köməyə gəlir: 145 nəfərlik axtarış-xilasetmə qrupu yoldadır

7-02-2023, 10:22

Meksika 10 şəhərə təsir edən 7,7 və 7,6 bal gücündə zəlzələlərə görə Türkiyəyə 145 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.
Musavat.com xəbər verir ki, Meksika prezidenti Andres Manuel Lopez Obradorun göstərişi ilə Türkiyəyə 145 nəfərlik axtarış-xilasetmə qrupu yola düşməyə hazırlaşır.
Meksika Xarici İşlər Nazirliyinin Avropa Departamentinin baş direktoru Bernardo Aguilar Calvo verdiyi açıqlamada, “Biz Müdafiə Nazirliyinə aid 93, dəniz qüvvələrindən 37, Qızıl Xaçdan isə 15 nəfər heyətlə Meksika hərbi hava qüvvələrinə aid təyyarə ilə yola düşməyə hazırlaşırıq. Məqsədimiz mümkün olduğu qədər hadisə yerindəki insanları sağ şəkildə xilas etməkdir"- deyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ