Xaçmaz polisi aztəminatlı ailələri sevindirdi - FOTO/VİDEO
Tarix: 15-04-2020, 02:15
Baxılıb: 534
Google+ Paylaş
Tumblr Paylaş

Xaçmaz polisi aztəminatlı ailələri sevindirdi - FOTO/VİDEO

15-04-2020, 02:15

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşularaq rayon ərazisində yaşayan və maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara dəstək olublar.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumatda qeyd olunub. 
Məlumata görə, polis əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan 30-dan çox ailəyə baş çəkərək, gətirdikləri müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. 
Polislər qonağı olduqları evlərdə yaşlı insanlarla səmimi söhbətlər edərək, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkədə elan edilən xüsusi karantin rejiminə əməl olunmasının zəruriliyi barədə danışıb, onları maraqlandıran sualları cavablandırıblar.
Yaşlı rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qalan Azərbaycan polisinə minnətdar olduqlarını bildiriblər.


















Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ