Avtomobili ilə polisi vuran şirkət direktorunun müavini imiş - Yenilənib
Tarix: 14-04-2020, 19:39
Baxılıb: 1 282
Google+ Paylaş
Tumblr Paylaş

Avtomobili ilə polisi vuran şirkət direktorunun müavini imiş - Yenilənib

14-04-2020, 19:39

Bu gün saat 12.00 radələrində Hacıqabul rayonu ərazisində karantin rejimi ilə əlaqədar qurulan iki stasionar postda qaydaları kobud şəkildə pozaraq polis əməkdaşını avtomobillə vuran sürücü və sərnişinlər saxlanılıb...
Araşdırmalar zamanı hadisəni törədən sürücünün Tərtər sakini, 1984-cü il təvəllüdlü “Vəkiloğlu” MMC-də (Patron tumları) direktor müavini vəzifəsində çalışan Məmmədov Elşad Malik oğlu olması müəyyən edilib.
O, idarə etdiyi “Mercedes” markalı, 10-OO-018 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun 60,5-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş stasionar postda polisin saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirib.
Bundan başqa o, təkrar olaraq həmin magistralın 113-cü kilometrliyində yaradılmış stasionar postda xidmət aparan polis əməkdaşlarının saxla əmrinə də məhəl qoymayaraq, posta daxil olub və həmin postda xidmət aparan Şirvan rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Mirzəli Mirzə Nofil oğlunu vurub.
Sürücü tutularkən onunla birlikdə karantin rejimini pozan iki sərnişini - Bakı şəhər sakiniləri 1975-ci il təvəllüdlü Hüseynzadə Natiq Namiq oğlu və 1981-ci il təvəllüdlü Fətəliyev Anar Akif oğlu da saxlanılıblar.
E.Məmmədov saxlanılarkən Hacıqabul RPŞ-yə məxsus “Ford” markalı avtomobilin arxa şüşəsini də sındırıb.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
***
Bu gün saat 12 radələrində Bakı-Qazax avtomagistralının Hacıqabul rayonundan keçən hissəsində xüsusi karantin rejimi ilə əlaqədar polis tərəfindən qurulmuş postda insident baş verib.
Publika.az xəbər verir ki, Qazax istiqamətində hərəkət edən “Mercedes S Class 500” markalı lüks avtomobil polisin “saxla” əmrinə tabe olmayıb.
10-00-018 dövlət nömrə nişanlı lüks avtomobil sürətlə hərəkət edərək, onu saxlamağa çalışan polisi vurub.
Polis serjantı dərhal həmkarlarının köməyi ilə xəstəxanaya aparılıb.
Əraziyə post-patrul xidməti əməkdaşları cəlb edilib və hadisəni törədən sürücü saxlanılıb.
pia.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ