Moskvanın mərkəzində quraşdırılan zenit kompleksləri hər kəsi təəccübləndirdi - VİDEO
Tarix: 20-01-2023, 00:12
Baxılıb: 416
Google+ Paylaş
Tumblr Paylaş

Moskvanın mərkəzində quraşdırılan zenit kompleksləri hər kəsi təəccübləndirdi - VİDEO

20-01-2023, 00:12

Moskvanın mərkəzində, Teterinski zolağında, ofis binasının damında "Pantsir-S1" zenit kompleksi quraşdırılıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə istifadəçilər məlumat veriblər. Hələlik Rusiya və ya Moskva hakimiyyət orqanlarından zenit sisteminin quraşdırılması ehtimalı ilə bağlı heç bir rəsmi şərh yoxdur.
Bəzi sosial media istifadəçiləri və teleqram kanallarının müəllifləri bildirirlər ki, “Pantsir”i pilotsuz təyyarə hücumundan qorunmaq üçün qura bilərlər.
Bundan əvvəl Moskvanın “Losinov Ostrov” meşə massivində hava hücumundan müdafiə batareyasının yerləşdirilməsi barədə məlumat yayılımışdı.
Bundan əlavə, sosial şəbəkələrdə Moskvanın Frunzenskaya sahilində Rusiya Müdafiə Nazirliyinin damında “Pantsir-S1”in peyda olması barədə fotoşəkil paylaşılır.
 
Musavat.com



00:2700:27


 



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ