Nikol Paşinyan “ağsaqqalıq” etmək istədi, yenə çaşdı
Tarix: 12-01-2023, 13:11
Baxılıb: 367
Google+ Paylaş
Tumblr Paylaş

Nikol Paşinyan “ağsaqqalıq” etmək istədi, yenə çaşdı

12-01-2023, 13:11

“Azərbaycanla Dağlıq Qarabağ arasında siyasi söhbət başlanmalıdır və Dağlıq Qarabağ hakimiyyəti heç kimə imkan verməməlidir ki, onları bu konstruktiv söhbəti pozmaqda və ya mümkünsüz etməkdə ittiham etsin”.
 Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yanvarın 12-də hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Qeyd edək ki, Qarabağ separatçılarının oyuncaq “dövlət naziri” Azərbaycan və Ermənistan rəhbərliyinin ünvanına nələrsə deməyə cəhd göstərib. Bundan sonra N.Paşinyan guya ağıllı məsləhət vermək istəyib və belə bir açıqlama ilə çıxış edib, lakin “unudub” ki, artıq nə “Dağlıq Qarabağ” var, nə də onun qondarma “hakimiyyət”i.  
N.Paşinyan ardınca deyib ki, hakimiyyətin Dağlıq Qarabağ xalqının mövcud problemlərinin həllinə reaksiyası asimmetrik olmalıdır. O əlavə edib ki, son illərin hadisələri, onların dərin mənası və səbəbləri o baxımdan nəzərə alınmalıdır ki, vəziyyətə verdiyimiz qiymətlər faktlara əsaslanmalıdır. “Bu baxımdan, ilk növbədə, vəziyyəti daha da çıxılmaz vəziyyətə salan siyasi bəyanatlardan çəkinmək lazımdır, çünki son məqsədə nail olmaq üçün aydın ideyalarla müşayiət olunmayan bəyanatların heç bir faydası yoxdur”, - Paşinyan vurğulayıb.

N.Paşinyan yersiz iddialarını davam etdirərək “Laçın dəhlizi”nin bağlanmasını (?!-M.)  “təxribat” adlandırıb. İddia edib ki, guya bu addımların son məqsədi yeni hərbi eskalasiyadır. “Təxribatların və eskalasiyanın məqsədlərindən biri Bakı ilə Stepanakert (Xankəndi-M.) arasında siyasi və rəsmi dialoqun aşkar zərurətini gizlətmək və onu gündəmdən çıxarmaqdır. Bu təxribat xarakterli məsələnin həllinə kömək edəcək tədbirlər görülməməlidir”, - deyə baş nazir əlavə edib. Göründüyü kimi, yenə də Qarabağ separatçıları ilə bağlı ənənəvi iddianı ortaya atır və onları “tərəf” kimi sırımağa çalışır.
N.Paşinyan əlavə edib ki, Ermənistanın diplomatik xidməti, xarici əlaqələri olan bütün idarə və dairələr beynəlxalq ictimaiyyətin diqqətini “Dağlıq Qarabağ”dakı “humanitar böhran”a cəlb etmək və müxtəlif instansiyalarda müzakirə obyektinə çevirmək üçün səylərini artırmalıdır. “Bu mənada çox iş görülüb, lakin daha çox iş görülməlidir. Humanitar böhranın idarə olunmasında Dağlıq Qarabağ xalqına dəstək vermək üçün Ermənistanda yaradılmış işçi qrup yaranan əməliyyat məsələlərinin həlli üçün mümkün tədbirləri davam etdirməlidir”, - Nikol Paşinyan daha sonra deyib.
Bu mövqe Vardanyanla Paşinyan arasında konfliktin dərinləşdiyini göstərməklə yanaşı, Azərbaycana münasibətdə qeyri-konstruktivliyin nümayişidir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ