Bakıda karantin rejimini pozan kafe aşkarlandı - FOTO/VİDEO
Tarix: 14-04-2020, 00:17
Baxılıb: 755
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda karantin rejimini pozan kafe aşkarlandı - FOTO/VİDEO

14-04-2020, 00:17

Bakının Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan altı nəfər saxlanılıb.

Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək, 100 manat məbləğində cərimə ediliblər. 
Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. 










Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ