Anar Kərimovun kadrı haqqda şok iddia: Faiq Xudanlının siyasi keçmişi şübhə doğurur – Belə deyirlər…
Tarix: 5-01-2023, 11:30
Baxılıb: 282
Google+ Paylaş
Tumblr Paylaş

Anar Kərimovun kadrı haqqda şok iddia: Faiq Xudanlının siyasi keçmişi şübhə doğurur – Belə deyirlər…

5-01-2023, 11:30

Mədəniyyət sahəsi  cəmiyyət üçün çox vacib  sferalardan biridir. Sovetlərin dağılma ərəfəsində Azərbaycanda bir “bambılı” ləqəbli  birinci katib var idi, Əbdürrəhman Vəzirov. Onun vaxtında, yəni 1988-ci ildə   Vəzirov  Mədəniyyət nazirliyinə Polad Bülbüloğlunu  nazir təyin etdi. Yeri gəlmişkən, Polad Bülbüloğlu bunu gizlətmək üçün öz  tərcümeyi-halında yazır ki, guya 1991-ci ildən nazir olub.
Sözün qısası, Vəzirovun, sonra prezident Ayaz Mütəllibovun, daha sonra prezident Elçibəyin sevimlisi olan mədəniyyət naziri Polad Bülbüloğlu düz 2006-cı ilə kimi nazir oldu. Onun vaxtında muzeylərdən nələr satıldı, bunu gələcəkdə araşdıracaqlar. Buna vaxt ayırmaq istəmirik. Nəhayət 2006-cı ildə Əbülfəz Qarayev mədəniyyət naziri təyin olundu. Və 2020-ci ilin  may  ayının 21-dək mədəniyyət naziri oldu. Onun dövründə bütün kitabxanalar dönərxanalara, gözəllik  salonlarına çevrildi, kinoteatrların binası söküldü, yerində uca binalar tikildi, korrupsiya dəhşətli həddə çatdı. Nəhayət  2020-ci ildə Əbülfəz Qarayevin müavinləri, departament rəhbərləri  həbs olundu. Onlar məhkəmədə açıq şəkildə bildirdilər ki, biz musiqi məktəblərindən və digər mədəniyyət obyektlərindən aldığımız pulları nazir Əbülfəz Qarayevə verirdik. Bütün bunlara  baxmayaraq müavinləri və departament rəhbərləri həbs olunsa da Əbülfəz Qarayev həbsdən canın qurtara bildi. Və onu  2020-ci ildə nazir Anar Kərimov əvəz elədi. Hamı düşünürdü ki, Əbülfəz Qarayevin biabırçı əməllərindən sonra yeni nazir Anar Kərimov çalışar ki, cənab Prezident İlham Əliyevin etimadını doğrultsun.
Təəssüf ki, Anar Kərimov öz sələflərindən də biabırçı işlədi, hətta 2 il də vəzifə də qala bilmədi. Onun dövründə hətta Kukla Teatrı da korrupsiya və rüşvətə görə ittiham olundu. Təsəvvür edirsiniz,  təzə nazir  40 gün də normal işləyə bilmədi. Belə biabırçı nazirin sevimli kadrlarından biri də  Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlıdır. Bu yazıda onun cinayət əməllərindən bəhs etmək istəyirik.
Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov vəzifədən azad ediləndə hamı düşündü ki, regionun  mədəniyyət sferasında ciddi  müsbət  dəyişikliklər olacaq. Amma bütün camaat deyir ki, Allah Elman müəllimin ölənlərinə rəhmət eləsin.
Məlumat üçün qeyd edək ki, cənab sabiq  nazir Anar Kərimovun  əmri ilə Faiq Elman oğlu Xudanlı Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Onu da qeyd edək ki, Kürdəmir Regional Mədəniyyət İdarəsi  İmişli, Beyləqan, Xocavənd və Füzuli rayonlarını əhatə edir. Təsəvvür edirsiniz  bu qədər ərazidəki musiqi məktəblərinə nəzarəti Kürdəmir Uşaq İncəsənət Musiqi məktəbinin müdiri  Qəndab Zülfüqarova  edir. Adama deyərlər ki, kimdir bu qadın..? Məlumat üçün qeyd edək ki, Qəndab  Zülfüqarova Faiq Xudanlının müavini  Vaqif Alıyevin “çox yaxın” adamıdır. Daxil olan məlumatlardan bəlli olur ki, məhz Vaqif Alıyevin dəstəyi ilə Qəndab Zülfüqarova musiqi məktəblərində işləyən müəllimlərin dərs saatlarını artıraraq hər ay külli miqdarda pul toplayaraq  Faiq Xudanlıya çatdırır. Yeri  gəlmişkən, Faiq Xudanlı xeyli müddət Mədəniyyət Nazirliyinin Katibliyində çalışıb. Və Kürdəmir Regional Mədəniyyət İdarəsinə  rəsi təyin olunan kimi  2 məktəb direktorunu vəzifəsindən uzaqlaşdırıb.
Təsəvvür edirsiniz, təzə  məktəb direktorları  nazirlik tərəfindən təsdiq olunmayıb, amma direktor vəzifələrini icra edirlər. Bəli, Faiq Xudanlı özünün Füzuli  rayonu üzrə nümayəndəsi Elşad Cəfərovun əli ilə Füzuli rayon 3 nömrəli uşaq musiqi məktəbinin direktorunu da işdən azad edərək yerinə Əhmədova Lamiyə Fəxrəddin qızını direktor təyin edib.
Bundan başqa  Faiq Xudanlı  Füzuli rayonunun Aybasanlı  kənd uşaq musiqi məktəbinin direktorunu da heç bir əsas olmadan işdən azad edərək direktor vəzifəsinə orta ixtisaslı  Anar Əliyevi təyin edib. Yəni Faiq Xudanlı  musiqi təhsili olan şəxsləri direktor vəzifəsindən azad edərək, onların yerinə, ümumiyyətlə, musiqi təhsili olmayan şəxsləri təyin edib. Faiq Xudanlının 3 nömrəli uşaq musiqi məktəbinə direktor təyin etdiyi  Lamiyə Əhmədova az vaxtda musiqi təhsili olmayan şəxsləri musiqi məktəbinə işə götürüb. Məktəbdə dərs saatları ilə bağlı ciddi  narazılıq yaranıb. Təsəvvür edirsiniz  başqa  müsiqi məktəbində  dərs deyən şəxs  digər musiqi məktəbində direktordur. Axı, əsasnaməyə görə, 32 saat dərs yükü olan müəllim həftənin 6 gününü mütləq məktəbdə olmalıdıır. Həm də nəzərə almaq lazımdır ki, məktəbin biri Xətai rayonunda, o biri isə Qaradağ rayonunun Qobu qəsəbəsində yerləşir.
Bəli, Faiq  Xudanlının direktor təyin etdiyi  Anar Əliyev  Xətai rayonu ilə  Qaradağ rayonu arasında qalıb. Bəli, Lamiyə Əhmədovanın  Faiq Xudanlının yanında sözü o qədər ötkəmdir ki…. Hətta Lamiyə  Faiq Xudanlıya əmr  formasında deyib ki, məni Mehdiabaddakı  Musiqi məktəbinə direktor təyin elə…. Və Faiq Xudanlı  həmin gün Lamiyəni  Mehdiabaddakı Musiqi Məktəbinə direktor təyin edib. İndi isə gəlin Faiq Xudanlının “siyasi keçmişinə”  nəzər salaq. Bəli, Faiq Xudanlı  keçmiş müsavatçı olub, hətta 2003-cü ildə Prezident seçkilərində İsa Qəmbərin seçilməsi üçün şəhərdə stabilliyi pozmağa çalışanlardan biri olub. Amma uğursuzluğu görən kimi, Yeni Azərbaycan Partiyasına daxil olaraq özünə karyera  qurmağa başlayıb. Faiq  Xudanlının özünün dediyinə görə, sabiq nazir Anar Kərimovun həyat yoldaşı ilə onun həyat yoldaşı bir məktəbdə oxuyublar, rəfiqə olublar…
Sözün qısası, bu gün də Faiq Xudanlı musiqi məktəblərinin direktorlarını məcbur edir ki, könüllü ərizə yazıb işdən çıxsınlar. Məqsəd  boş qalan direktor yerlərini “satışa çıxarmaqdır”. Bütün bunlardan sonra bizi bir sual düşndürür: Faiq Xudanlının “ağası”  sabiq nazir  Anar Kərimov biabırçı şəkildə vəzifəsindən qovuldu.
Görəsən, Prezidentin  sərəncamı ilə  mədəniyyət nazirinin 1-ci müavini təyin edilən və nazir vəzifəsini icra edən Adil Kərimli  sabiq nazirin dostu Faiq Xudanlının cinayət əməlləri barədə nə düşünür..? (gündəlikbaku.com)
RealMedia.az olaraq qarşı tərəfin mövqeyni dinləməyə və dərc etməyə hazırıq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ