DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı
Tarix: 29-11-2022, 12:52
Baxılıb: 481
Google+ Paylaş
Tumblr Paylaş

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

29-11-2022, 12:52

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə əslən Naxçıvandan olan ekspert Heydər Oğuz bildirib.
Onun sözlərinə görə, komitənin bir neçə rəhbər şəxsi sorğuya çəkilib. İddialara görə, komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovdur


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ