Üzgüçülük bu xəstəliyi müalicə etmirmiş - Həkimdən XƏBƏRDARLIQ28
Tarix: 28-11-2022, 14:09
Baxılıb: 203
Google+ Paylaş
Tumblr Paylaş

Üzgüçülük bu xəstəliyi müalicə etmirmiş - Həkimdən XƏBƏRDARLIQ28

28-11-2022, 14:09

İndiyədək belə bir düşüncə var idi ki, bel ağrısı skoliozla bağlıdır və üzgüçülük bu tip xəstələri onurğa deformasiyasından xilas edəcək. Lakin belə deyilmiş.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı nevroloq Nikolay Votçitsev "Gazeta.ru"ya müsahibəsində danışıb.
"İnsanlar üzgüçülüyü bütün bel problemlərinin, xüsusən də skoliozun ən effektiv müalicəsi hesab edirlər. Birincisi, üzgüçülük skoliozdan qorumur və məşqçi olmadan məşğul olmaq, onu daha da pisləşdirə bilər. İkincisi, skolioz və ağrının birbaşa əlaqəsi yoxdur", - deyə həkim izah edib.
Həkimin sözlərinə görə, əgər insanda 50 dərəcədən aşağı skolioz varsa, o zaman bel ağrısı demək olar ki, heç vaxt onurğa sütununun əyriliyi ilə birbaşa bağlı olmayacaq. Üstəlik xəstəliyin dördüncü mərhələsi də ağrı ilə müşayiət olunmaya bilər.
"Daimi fiziki fəaliyyət bel ağrısı ilə mübarizənin ən təsirli yolu olaraq qalır. Lakin bu xoşagəlməz və ağrı hissinin öhdəsindən gəlmək üçün məşqlər mütəxəssisin, xüsusilə fizioterapevtin nəzarəti ilə müəyyən olunmalıdır", - deyə həkim qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ