Deputatdan dərmanların qiymətinə etiraz: “Türkiyədən 3 dəfə bahadır”
Tarix: 25-11-2022, 11:59
Baxılıb: 252
Google+ Paylaş
Tumblr Paylaş

Deputatdan dərmanların qiymətinə etiraz: “Türkiyədən 3 dəfə bahadır”

25-11-2022, 11:59

“Azərbaycanda dərman qiymətləri Türkiyədən 3 dəfə bahadır. Kimlərinsə mənfəət qazanması üçün xəstələr kiminsə qapısında əziyyət çəkir, bir dərmanı tapanda, digərini tapa bilmir. Hesab edirəm ki, buna ciddi diqqət olmalıdır. Biz 30 ildir müstəqilik, amma dərman sənayesi yaratmamışıq”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa səsləndirib.
O, bu kimi halların həllini vacib sayıb, deyib ki, əmək haqlarının artırılması yaxşı olsa da, bahalıq onu yeyir.
Deputat, eyni zamanda təhsil sahəsində də problemlərin olduğunu bildirib: “Bizim uşağın oxuduğu məktəb 700 şagird üçün nəzərdə tutulur, amma orada 2400 şagird oxuyur”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ