Cəlilabadda meyiti tapılan qadını qardaşı ağac parçası ilə öldürüb - YENİLƏNDİ
Tarix: 20-11-2022, 15:59
Baxılıb: 329
Google+ Paylaş
Tumblr Paylaş

Cəlilabadda meyiti tapılan qadını qardaşı ağac parçası ilə öldürüb - YENİLƏNDİ

20-11-2022, 15:59

Noyabrın 16-sı Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Publika.az xəbər verir ki, bu barədə Cəlilabad prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilmiş və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilib. İş üzrə istintaq davam edir.
xxx
14:26
Cəlilabad rayonunda qadın meyiti aşkar olunub.
Publika.az xəbər verir ki, meyit rayonun Sabirabad kəndi ərazisində, açıq ərazidə tapılıb.
İlkin ehtimala görə, meyit bir müddət öncə itkin düşmüş 46 yaşlı Əliyeva Xalidə Xeyrulla qızına məxsusdur. Onun qətlə yetirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ