loading...

Tovuzda rəzalət: şəhid məzarları dağılıb, icra başçısı “qış yuxusu”nda - Fotolar

Tovuzun Dondar Quşçu kənd məzarlığı dağılıb. Ən ürəkparçalayan fakt ondan ibarətdir ki, qəbiristanlıqda uyuyan şəhidlərin məzarları da baxımsızlıqdan dağılıb tökülüb.

Sosial şəbəkələrdə məzarlıqdan fotolar yayımlanıb. Rayon icra başçısı Tofiq Zeynalova və Tovuzun deputatlarına ünvanlanan mesajda onların laqeydliyinə etiraz edilib.

Yerli sakinlər Feysbukda Tovuz rəhbərliyinin diqqətsizliyinə qəzəblə reaksiya verib. Onların sözlərinə görə, icra başçısının vaxtı olanda vətən uğrundan canından keçən şəhidlərin məzarlarının dağılması ilə maraqlanar.

Təbii ki, bu fakt qarşısında Tovuz rayon İcra Hakimiyyətinin və kənd bələdiyyəsinin nə cavab verəcəyi də bəlli deyil.

Acı reallıq və tükürpədən mənzərə budur ki, kəndin məzarlığındakı şəhidlərin baş daşları dağılıb, ayaqlar altına atılıb.

Erməni ictimaiyyətinə fürsət qazandıran bu məmurların laqeydliyi, bivecliyi, biznes maraqlarını üstün tutması ucbatından şəhidlərimizin məzarları da batıb gedir. T.Zeynalov belə bir həssas məsələyə laqeydlik nümayiş etdirməklə tovuzluların hiddətinə səbəb olub.


Tovuzda rəzalət: şəhid məzarları dağılıb, icra başçısı “qış yuxusu”nda - FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər