Makron qətnaməni icra edərsə, Bakının cavabı belə olacaq - SİYAHI
Tarix: 16-11-2022, 23:05
Baxılıb: 6 172
Google+ Paylaş
Tumblr Paylaş

Makron qətnaməni icra edərsə, Bakının cavabı belə olacaq - SİYAHI

16-11-2022, 23:05

Milli Məclis hökumətə Fransa ilə bağlı çağırış edib. Fransa hökuməti Senatın Azərbaycana qarşı qətnaməsinin icrasına başlayarsa, Azərbaycan hökuməti Milli Məclisin çağırışını praktiki icrasına start verə bilər:

1. Fransanın mümkün vasitəçiliyindən tamamilə imtina edəcək;
2. Siyasi və iqtisadi münasibətlərə yenidən baxacaq: diplomatik münasibətlərin kəsilməsi istisna deyil;
3. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə icra edilən istənilən layihədə iştirakına imkan verməyəcək;
4. Fransa şirkətlərinin Azərbaycanla enerji sektorunda əməkdaşlığına yenidən baxacaq: “Total” və digər şirkətlər bazardan çıxarıla bilər;
5. Fransanın hərbi cinayətlərini, islamofibiya və türkofobiya siyasətini Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında müzakirəyə çıxaracaq;

Bu, Senatın qəbul etdiyi qətnamənin Fransa hökuməti tərəfindən mümkün icrasına qarşı Bakının əks-həmləsidir.

Fransanın qətnamənin icrasına başlayacağı, xüsusilə Avropanın enerji ehtiyacları fonunda çətin görünür. Müzakirələrdə iştirak edən Fransa xarici işlər naziri də qətnamənin icrasının mümkünlüyü ilə bağlı sualı cavablandırmaqdan imtina etdi. Bu baxımdan, Azərbaycanın əks-addımlarına ehtiyac yaranacağı gözləntisi də azdır. Lakin Fransanın vasitəçilik cəhdlərinə imkan verilməyəcəyi ehtimalı böyükdür, hətta belə bir situasiya yaransa belə, bu formal xarakter daşıyacaq.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ