Makron və Paşinyanın qorxulu “tanqo” rəqsi: Bakı üçün kritik gün
Tarix: 15-11-2022, 09:24
Baxılıb: 567
Google+ Paylaş
Tumblr Paylaş

Makron və Paşinyanın qorxulu “tanqo” rəqsi: Bakı üçün kritik gün

15-11-2022, 09:24

Fransa separatçıların xilası üçün son cəhdlərini edir; erməni nəşri: “Qarabağ söhbəti bitib, artıq bunu qəbul etməliyik...”

Ermənistanı özünə “kiçik bacı” qədər doğma sayan Fransa bu gün Azərbaycana münasibətdə növbəti böyük pisliyə imza ata bilər. Söhbət Fransa parlamentində müzakirəyə çıxarılacaq ölkəmiz əleyhinə qətnamə layihəsindən gedir.
Həmin sənəddə Azərbaycan Ermənistana qarşı “işğalçı siyasət aparmaq”da" ittiham olunur, neft-qazımızın Avropaya satışına qadağa üçün Avropa ölkələrinə çağırış edilir. Bundan əlavə, qətnamə layihəsində Ermənistana birbaşa hərbi yardımın edilməsi, “artsax”da Fransanın Humanitar Ofisinin açılması kimi təkliflər də yer alır və hətta Azərbaycan Beynəlxalq Məhkəmə ilə hədələnir.
*****
Xatırladaq ki, Fransa parlamenti 2020-ci il noyabrın 25-də uydurma “artsax”ın tanınması haqda da qərar çıxarmış, lakin kağız üzərində qalmışdı. Ona görə ki, hökumət onu təsdiqləməli idi. Bu dəfə də eyni ssenarinin təkrarlanması istisna deyil. Hətta prezident Emmanuel Makron ona imza atsa belə, yenə kağız üzərində qalacaq. Çünki “bir ağacla meşə olmaz”. Ayrı sözlə, heç bir ciddi dövlət öz milli maraqlarını absurd erməni iddialarına qurban verməz, regionun açar ölkələri olan Azərbaycan və Türkiyə ilə əlaqələri pozmaz. Bu ağılsızlıq olardı.
Doğrudur, ara-sıra Avropa Parlamenti kimi bəzi qurumlar ermənidən çox ermənilik edərək, anti-Azərbaycan qətnamələri çıxarıblar. Ancaq onlar da kağız üzərində qalıb, unudulub. Nədən ki, onların hüquqi qüvvəsi, məcburetmə mexanizmi yoxdur. Ən əsası, ədalətsiz və qərəzli sənədlər olub.
İkinci yandan, hansısa təşkilatın belə qanunsuz və dişsiz qərarlar verməsi qat-qat asandır, o səbəbə ki, konkret dövlətlərdən fərqli olaraq bu qurumların bitkin hədəfləri və maraqları olmur. Avroparlamentin erməniyə satılan üzvləri isə sırf şəxsi mənafedən çıxış edirlər, nəinki öz dövlət maraqlarından.
Fransaya gəlincə, onun dünyanın ən qatı ermənipərəst dövləti olması çoxdan məlumdur. Fransa hətta saxta “erməni soyqırımı”nı inkara görə cəza qanunu da qəbul edib - söz azadlığını kobudcasına tapdayaraq. Ancaq yenə 1-2 dövlətdən savayı (Niderland) heç kim onun ardınca getməyib. Çünki cəhənnəmə gedənə yoldaşlıq eləmək istəyən çox olmaz.      
*****
Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib | Hafta.az
Di gəl, Fransa bütün bu baş verənlərin, qardaş Türkiyəyə, ölkəmizə qarşı pisliklər fonunda da özünü Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında qərəzsiz vasitəçi kimi gözə soxmağa çalışır. E.Makronun ötən həftəsonu Prezident İlham Əliyevə açdığı telefon zənginin əsas motivi də yəqin ki, bu idi: guya rəsmi Parisin Bakı və İrəvan arasında “balansı” gözlədiyi, qərəzsiz olduğu təəssüratını yaratmaq.
Telefon danışığı ilə bağlı yayılan rəsmi məlumatda bu xüsusda bir məqam daha çox diqqət çəkir: “Makron noyabrın 19-da Parisdə keçiriləcək Beynəlxalq Frankofoniya Təşkilatının 18-ci zirvə görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi haqda məlumat verib və rəsmi Parisin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib”.
Əgər Paşinyan bunu bacarmasa...
“Töhfə” məsələsinə inanaqmı? Əlbəttə, yox. Məsələ ondadır ki, Ermənistan fransız dilli ölkə deyil, amma Frankofoniya təşkilatına üzv edilib. Hətta Frankofoniya təşkilatının 17-ci, bundan əvvəlki sammiti 2018-ci ildə (11-12 oktyabr) İrəvanda keçirilib. Makron şəxsən tədbirə qatılıb, Nikol Paşinyanla İrəvanda rəqs də edib. Ancaq ölkəsinə qayıdarkən vasitəçi dövlətin rəhbəri olaraq, balans və formallıq xətrinə heç olmasa, Bakıya baş çəkməyi özünə rəva bilməyib - sələflərindən fərqli olaraq.
İndi bu təpədən-dırnağa antitürkçü adamın Azərbaycana münasibətdə səmimiliyinə necə inanmaq olar? Bu da faktdır ki, Paşinyan hər dəfə Makronla görüşdən sonra Bakıya münasibətdə ritorikanı sərtləşdirir. Sərhəddə erməni təxribatları artır...           
*****
Ermənilərin bədbəxtliyi də elə Fransa hesabına “nəyinsə qaytarılacağına” hələ də ümid bəsləmələridir. Hərgah, onların içində reallığı az-çox dərk edən, “qatarın getdiyini” anlayanlar da var. Yəni kapitulyant ölkəyə, “miatsum” sevdalılarına heç kim kömək edə bilməyəcək, etmək potensialında deyil! Gəlib Ermənistanın yerinə vuruşası da deyillər. Bunu, nəhayət, erməni toplumu, ilk növbədə Ermənistandakı əhali dərk eləməlidir. 
“Moskva bundan istifadə edərək hazırda yeni oyun oynayır. Bizə işarə edirlər ki, guya Qarabağ məsələsi hələ də müzakirə mövzusu ola bilər. Yəni ermənilər Amerikanı yox, Rusiyanı seçsə, guya bu məsələyə yenidən baxıla bilər”.
Bu sözləri erməni siyasi şərhçi Razmik Akopcanyan deyib.
Ermənistanda yeganə çıxış yolu ölkədən qaçmaqdır -Razmik Akopcanyan - Günün  Səsi
“Ancaq Qarabağ məsələsi bağlanıb, bunu artıq qəbul etməliyik. Azərbaycan Ordusu artıq bütün strateji əhəmiyyətli yüksəkliklərə nəzarət edir - Qafandan Cermuka (İstisuya - red.) qədər. Yeni müharibə bizim üçün əsl fəlakət olacaq. Azərbaycan Ordusu bu dəfə İrəvana qədər girəcək. Qarabağ söhbəti bitdi! Heç kim bu məsələdə bizə kömək ola bilməz. Bu, sərt reallıqdır. Onu inkar edən, revanşizmdən danışan hər kəs yalançı və təxribatçıdır”, - deyə o qeyd edib.
“Hraparak” qəzeti isə yazır: “Ermənistan danışıqlar yolu ilə razı olmasa, Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açacaq, üç ildən sonra isə sülhməramlıların da bölgədən çıxarılmasına nail olacaq”.
Nəşr həmçinin bildirir: “Siyasi dairələrdə sülh müqaviləsinin gerçəkləşməsinin sonuncu mərhələyə qədəm qoyduğu bildirilir. Bu ilin sonunadək Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll ediləcək. Tiflisdə tərəflər Qərbin təklif etdiyi müqaviləyə qol çəkə bilər. Paşınyanın da öz xalqı qarşısında deməyə sözü olacaq: "Gördünüz ki, mən Soçiyə də getdim, Tiflisə də. Hər iki variantda Qarabağ Azərbaycana keçir". Əks təqdirdə, razılıq əldə olunmasa, Əliyev bir hərbi əməliyyatla Qarabağı erməni silahlılarından təmizləyərək, yenə də öz istədiyinə çatacaq".
Odur ki, Fransanın “miatsum”çular üçün, separatçılar üçün yaxa cırmasına və Makronla Paşinyanın qorxulu sülh “tanqo”suna lüzum yox. Əks halda, pislik Azərbaycana deyil, yenə özlərinə qalacaq...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ