Koronavirus kabusu haqda son məlumatlar: yeni yoluxma və yeni ölümlər - dəhşətin statistikası
Tarix: 12-04-2020, 00:06
Baxılıb: 3 543
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirus kabusu haqda son məlumatlar: yeni yoluxma və yeni ölümlər - dəhşətin statistikası

12-04-2020, 00:06

ABŞ-da koronavirusa yoluxanların sayı nəyə görə sürətlə artır...

Dünyada koronavirus (COVİD-19) infeksiyasına yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. 31 dekabr 2019-cu ildə Çinin Uhan şəhərin aşkar edilən COVİD-19 qısa müddətdə bütün dünyaya yayıldı.

Hazırda Çin dünyada koronavirusa yoluxanların sayına görə siyahı üzrə 6-cı yerdədir və gündəlik yoluxma sayı 40-50 nəfər arasında olur. Ölüm sayı isə 3 həftədən çoxdur ki, Çində 5 nəfəri keçmir. Artıq Uhan şəhərində təhlükənin miqyası kiçildiyi üçün karantin ləğv edilib. Lakin dünya koronavirus bəlasını hələ də dəf edə bilməyib. Ekspertlərə görə ilk səbəb budur ki, hələ virusa qarşı peyvənd tapılmayıb. İkinci səbəb kimi isə insanların tətbiq edilən izolyasiya qaydalarına məhəl qoymamaları qeyd edilir...Eyni zamanda qeyd edilir ki, hava şəraitinin soyuq olması virusun əşyalar üzərində uzun müddət yaşamasına imkan verir və yoluxma halları sürətlə artır.
What is Coronavirus? - The New York Times

Hazırda koronavirusdan ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb. Belə ki, bu ölkədə son saatlarda 20 min 86 nəfər koronavirusa yoluxub, 1339 nəfər isə ölüb. Ümumilikdə ABŞ-da 522 min 320 nəfər koronavirusa yoluxan, 20 min 86 nəfər isə bu virusdan ölən var.

Bəs niyə ABŞ-da hər gün bu qədər yoluxma sayı açıqlanır?

Ekspertlər bildirirlər ki, ilk növbədə bu, ABŞ-da aparılan testlərin sayının çox olması ilə əlaqədardır. Doğrudan da ABŞ koronavirusla bağlı keçirilən testlərin sayına görə də dünyada birincidir. Belə ki, indiyədək ABŞ-da 2 milyon 617 min 12 test keçirilib. Qeyd edək ki, hələ ki, yalnız Almaniya və Rusiyada 1 milyondan çox test keçirilib. Digər ölkələrdə isə test sayı ən yaxşı halda bir neçə yüz mindir. Almaniyada keçirilən 1 milyon 317 min 887 testin nəticəsində ümumilikdə 123 min 878 nəfərdə koronavirus aşkar edilib. Ölkədə bu gün 1707 yoluxma qeydə alınıb. Ölüm sayı isə açıqlanmayıb.
La mobilisation chinoise sur le coronavirus peut avoir des faces ...

1 milyon 184 min 442 test keçirən Rusiyada isə 13 min 584 nəfərdə koronavirus aşkarlanıb, 1 667 nəfər bu zamana qədər qeyd etdiyimiz virusdan ölüb.
Yeri gəlmişkən bəzi alimlər keçmiş Sovet respublikasına daxil olan ölkələrdə koronavirusun geniş yayılmamasının səbəbləri sırasında həmin ölkələrdə insanlara BSJ vaksininin vurulmasını da göstərirlər. Eyni zamanda bir çox alimlər də bu faktı inkar edərək, vaksinin koronavirusa heç bir təsirinin olmadığını söyləyirlər. Nəticə isə odur ki, hələ ki, keçmiş sovet ölkələrində virus geniş yayılmayıb...

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon 763 min 328 nəfər, ölənlərin ümumi sayı isə 107 min 772 nəfərdir.

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İspaniya, İtaliya, Fransa və Almaniya gəlir.

Son saatlarda İspaniyada 3 min 579 nəfər yoluxub, 272 nəfər ölüb. Ümumilikdə İspaniyada 161 min 852 nəfər koronavirusa yoluxub, 16 min 353 nəfər isə ölüb.
Coronavirus : Le bilan dépasse les 1.000 morts et 42.500 infections

İtaliyada koronavirusa son saatlarda yoluxanların sayı 4 min 694, ölənlər 619 nəfərdir . Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 152 min 271 nəfər, ölənlərin ümumi sayı isə 19 min 468 nəfərdir.

Fransada son saatlarda 4 min 785 nəfər yoluxub, 635 nəfər isə ölüb. Ümumilikdə Fransada 129 min 654 nəfər koronavirusa yoluxub, 13 min 832 nəfər ölüb.

Lakin ilk beşlikdə olmasa da İngiltərə də koronavirus kabusunu yaşayan ölkələrdəndir. Bu ölkədə son bir neçə saat ərzində 917 nəfər ölüb. Bu, yalnız ABŞ-dakı gündəlik ölüm sayından aşağı göstəricidir...

Dünyada hazırda 1 milyon 259 min 593 nəfər koronavirus xəstəsi var. Onlardan 50 min 36 nəfərinin vəziyyəti ağırdır. Bu zamana qədər dünyada koronavirusdan 395 min 963 nəfər sağalıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ