Krım belə azad ediləcək: HIMARS tezliklə Xersondan...
Tarix: 13-11-2022, 11:37
Baxılıb: 263
Google+ Paylaş
Tumblr Paylaş

Krım belə azad ediləcək: HIMARS tezliklə Xersondan...

13-11-2022, 11:37

ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general-leytenant Ben Hoces hesab edir ki, Ukrayna Silahlı Qüvvələri bu qış Krıma yaxınlaşa bilər.
Reportyor.tv xəbər verir ki, bu barədə o, tviter hesabında yazıb.
Hocesin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri qış üçün döyüş əməliyyatlarını dayandırmayacaq. Bəzi Qərb mediası əvvəllər bu ehtimal barədə yazmışdı. Keçmiş komandir qeyd edib ki, Amerika HIMARS-ları rus qoşunlarının yerləşdirildiyi Xersonda yerləşdirilə bilər. Bundan sonra Ukrayna hərbçiləri Rusiya ordusunun Krımdakı mövqelərinə HIMARS-lardan atəş aça biləcəklər.
“Krıma yanaşmalar əlçatandır”, - deyə o yazıb.
Generalın sözlərinə görə, bundan sonra Ukrayna Silahlı Qüvvələri “kampaniyanın həlledici mərhələsinə” - Krımın azad edilməsinə başlaya bilər: “Xersonun azad edilməsi Rusiya ordusunun mövqelərini zəiflədəcək və Krımın azad edilməsinə zəmin hazırlayacaq. HIMARS tezliklə Xersondan atacaq. Krım təpəlikləri onun atış məsafəsindədir. Bu da Rusiyanın müdafiəsini zəiflədəcək, eyni zamanda “sol qanad” əks-hücumla yanvarda Mariupol və Melitopolu azad edəcək”.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ