Ermənistanla İranın yeni namərdliyi – BİRGƏ İRƏLİLƏYİRLƏR - Elxan Şahinoğlu “Canlı debat”da
Tarix: 7-11-2022, 14:20
Baxılıb: 393
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistanla İranın yeni namərdliyi – BİRGƏ İRƏLİLƏYİRLƏR - Elxan Şahinoğlu “Canlı debat”da

7-11-2022, 14:20

Ermənistanla İran arasında qaz və elektrik enerjisinin tədarükü haqqında saziş imzalanıb.
İran elektrik enerjisi müqabilində Ermənistana qaz ixracını iki dəfə artıracaq.
Hazırda İran Ermənistana gündəlik 1 milyon kubmetr qaz ixrac edir.
Rusiya Qərb müttəfiqləri vasitəsilə Ukraynaya təsir etmək üçün ölkəni nüvə zərbəsi ilə hədələməkdə davam edə bilər. Bu cür taktika Kiyevi zorla danışıqlar masası arxasına oturtmaq cəhdlərində uğursuzluğa səbəb olacaq. Belə nəticəyə Müharibə Araşdırmaları İnstitutunun analitikləri gəlib.
Onların fikrincə, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi ehtimalı azdır. Eyni zamanda qeyd edilir ki, Moskva özünün nüvə ritorikasını deskalasiya etmək üçün tədbirlər görür: “Ukrayna və onun beynəlxalq havadarları açıq şəkildə bəyan ediblər ki, onlar danışıqlara razı olmayacaqlar. Ukrayna öz əraziləri üzərində suveren hüququndan imtina etməyəcək”.
Məlumdur ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan nüvə silahından istifadə riskini azaltmaq üçün Rusiya Federasiyası prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə əlaqə saxlayıb. Bundan əlavə, Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin oktyabrın 26-da qeyd edib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu həmkarlarına zəng edərək, Moskvanın Ukraynaya qarşı nüvə silahından istifadə etməyi planlaşdırmadığına inandırıb.
Həmçinin, Çin lideri Si Cinpin noyabrın 4-də deyib ki, beynəlxalq ictimaiyyət nüvə silahının istifadəsinə və ya istifadə təhlükəsinə qarşı birgə müqavimət göstərməlidir.


Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq, ATLAS Araşdırmalar İnstitutunun rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:


Facebook səhifəsinin ünvanı:


Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ