Pentaqondan XƏBƏRDARLIQ: Ukraynadakı müharibədən daha böyük böhran gəlir
Tarix: 6-11-2022, 16:33
Baxılıb: 283
Google+ Paylaş
Tumblr Paylaş

Pentaqondan XƏBƏRDARLIQ: Ukraynadakı müharibədən daha böyük böhran gəlir

6-11-2022, 16:33

“ABŞ hakimiyyət orqanları müdafiə məsələsində tez və əsaslı dəyişikliklər etməlidir, çünki Ukraynada mövcud olandan daha böyük hərbi münaqişələr riski var”.
reportyor.org xəbər verir ki, bunu ABŞ-ın Strateji Komandanlığının rəhbəri, Hərbi Dəniz Qüvvələrinin admiralı Çarlz Riçard deyib.
“Hazırda içində olduğumuz Ukrayna böhranı sadəcə bir məşqdir. Daha böyüyü gəlir. Və çox keçməyəcək ki, biz çoxdan görmədiyimiz kimi çətinliklərlə üzləşəcəyik”, - Riçard bildirib.
Onun fikrincə, Çin və Vaşinqtonun digər rəqibləri ABŞ-ı hərbi yolla sıxışdırırlar, onların qarşısını almaq üçün səyləri gücləndirmək lazımdır. Admiral vəziyyəti “gəmi yavaş-yavaş batmaqdadır” ifadəsi ilə izah edib.
O qeyd edib ki, ABŞ sualtı donanmada hələ də üstünlük təşkil edir. Admiral istisna etməyib ki, bu, Vaşinqtonun potensial rəqiblər arasında yeganə “asimmetrik üstünlüyü” ola bilər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ