loading...

Süzan Caginyan haqqın.az-da işə başladı

Bakıya sülhməramlı konfransda iştirak məqsədilə gəlmiş jurnalist və hüquq müdafiəçisi Süzan Caginyan Azərbaycanda qalmaq arzusunu bildirib. Jurnalist BMT-nin Azərbaycandakı nümayəndəliyinə onun siyasi qaçqın kimi tanınması üçün müraciət edib.

Bununla birlikdə, Caginyan jurnalist fəaliyyətini davam etdirməyə qərar verib və haqqin.az informasiya-analitik portalının əməkdaşı kimi fəaliyyətə başlayıb. Burada o, Ermənistan üzrə xüsusi müxbir vəzifəsini yerinə yetirəcək.



Daha öncə jurnalist və hüquqşünas Ermənistan vətəndaşlığından imtina etmək istəyini bildirmişdi. S.Caginyanın sözlərinə görə, Ermənistanda uzun illər ərzində hüquqları pozulub, ona qarşı cinayət işləri açılıb, mülkiyyəti əlindən alınıb. Buna səbəb isə rüşvətxor erməni məmurlarından və hakimiyyət nümayəndələrinin cinayətlərindən yazan Caginyanın jurnalist fəaliyyəti olub.

Süzan Caginyan haqqın.az-da işə başladıБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər