Ukrayna barədə bədbin proqnoz verdi, istefaya getdi
Tarix: 1-11-2022, 16:26
Baxılıb: 317
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna barədə bədbin proqnoz verdi, istefaya getdi

1-11-2022, 16:26

“Naftoqaz Ukrainı” kompaniyasının rəhbəri Yuri Vitrenko istefa məktubu yazıb və yaxın vaxtlarda vəzifəsini tərk edəcək.
Publika.az xəbər verir ki, bu barədə noyabrın 1-də şirkətdəki və Ali Radadakı mənbələrə istinadla “Ekonomiçeskaya pravda” nəşri məlumat yayıb.
Məlumata görə, Vitrenkonun yerini icmaların və ərazilərin inkişafı naziri Aleksey Çernışev tutmalıdır.
Prosedura görə, Vitrenkonu “Naftoqaz”ın müşahidə şurası istefaya göndərməlidir, lakin onun mövcud olmadığı şəraitdə bunu şuranın funksiyasını yerinə yetirən Nazirlər Kabineti edə bilər.
Çernışevin şirkət rəhbəri vəzifəsinə mümkün təyinatı barədə məlumatı çərşənbə axşamı Ali Radanın deputatı Yaroslav Jeleznyak öz “Telegram" kanalında təsdiqləyib. Onun sözlərinə görə, yaxın plenar həftədə Radada Çernışevin yeni vəzifəyə keçidi ilə əlaqədar icmaların və ərazilərin inkişafı naziri vəzifəsindən azad edilməsi məsələsinə baxılması planlaşdırılır. Jeleznyak onu da bildirib ki, plana əsasən, hazırda Çernışevin rəhbərlik etdiyi qurumun İnfrastruktur Nazirliyi ilə birləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Y.Vitrenko bir həftə əvvəl Almaniyanın “Handelsblatt” qəzetinə verdiyi müsahibədə elektrik enerjisi verilişinin ciddi şəkildə kəsilməsi və istiliklə bağlı problemlər barədə xəbərdarlıq edərək, qarşıdan gələn qışın Ukrayna tarixinin ən pis qışı olacağını bildirib. Vitrenko qeyd edib ki, Ukraynada elektrik enerjisi obyektlərinin 40%-i məhv edilib.
Bundan əvvəl Britaniyanın “The Guardian” qəzetinə müsahibə verən Vitrenko iddia etmişdi ki, Qərbdən maliyyə yardımı olmasa, Ukrayna qışda qaz çatışmazlığı yaşayacaq və bu, ölkənin böyük hissəsində elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ