Tünzalə eks həyat yoldaşından danışdı: "Əleyhimə yazılar yazdırırdı"
Tarix: 23-10-2022, 18:44
Baxılıb: 280
Google+ Paylaş
Tumblr Paylaş

Tünzalə eks həyat yoldaşından danışdı: "Əleyhimə yazılar yazdırırdı"

23-10-2022, 18:44

“Hansı qadın özünə ayrılıq arzulayır? Həyatı özüm qurdum, valideynlərim razı deyildi. O qədər xeyir-dualı ailələr görürük ki, alınmır. Bilmək olmur”.
reportyor.org xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva “O kimdir” layhəsində deyib. Müğənni ayrıldığı həyat yoldaşı, prodüser Rəhman Əliyevlə bağlı sualları cavablandırıb.
Ağayeva bildirib ki, ayrılıq zamanı keçmiş həyat yoldaşı onun haqqında sifarişli yazılar yazdırıb:
“Onun dəstəkçiləri var idi. Qəsdən yönləndirilmiş planlar var idi. Elə jurnalistlər var idi buna getmişdi. İnsanı tanımadan haqqında səhvlər yazmaq, pulu alıb evinə aparmaq nə dərəcədə məntiqlidir?”.
Qeyd edək ki, Tünzalənin bu nikahdan bir qız övladı var.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ