loading...

''Allah bu məmurlara'' VAQONDA '' yaşamağı qismət etsin''-VİDEO

Mahir Rzayev çirkab suların əhatəsində ailəsinə balaca bir "ada" yaradıb. O, Qarabağ veteranıdır. 9 nəfərlik ailəsi ilə Sumqayıt qəbiristanlığının altında saldığı bu vaqonda yaşamağa məhkumdur. Çünki gedəcək başqa bir yerləri yoxdur. Kirayələrdə, onun-bunun evində yaşayandan sonra, suyun üstünə torpaq töküb, bu vaqonu düzəldib.

"Bu vaxtacan bu zülmlə mən uşaqları böyütmüşəm. Hansı ki, Azərbaycanda bu uşaqlar, məmurların uşaqlarından daha yaxşı yaşamalıdırlar. O yoxdur. Bu övladlarım gün görməyiblər. Yarıac, yarıtox zülm içində böyüyüblər. Hansı məmur evində görüb ki, ana qazanın içinə su qoyub, yemək birazdan bişəcək deyib, uşaqları yatızdırıb? O günü görmüşük biz."
''Allah bu məmurlara bizim yaşadıqlarımızı yaşamağı qismət etsin''-VİDEO

Mahir Rzayev 1992-ci ildən 1996-ci ilə qədər Füzuli-Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak edib. Qarabağ veteranı deyir ki, Ağdərənin çovğunu güc-qüvvəsini alıb aparıb. İndiyə kimi nə özü, nə də övladları həkim müayinəsindən keçməyiblər. O, günə 5 manat olmaqla maşın icarəyə götürüb, zibilxanadan dəmir, plasmas qablar yığmaqla ailəsini dolandırmağa çalışır. Ancaq gücü yetmir 6 uşağın ehtiyaclarını qarşılamağa.

"Mənim uşaqlarım bu yaşacan məktəb üzü görməyib. Məktəbə gedənlərin arxasınca baxıb ağlayıblar. Amma haqqımızı yeyənlərin - qaniçənlərin uşaqları xaricdə ən güclü təhsil alırlar. Mən deyərdim ki, vaqonda yaşamağı Allah məmurlara qismət eləsin"

Qarabağ veteranı müraciət etdiyi bütün qurumlardan kor-peşman qayıdıb. Qeydiyyatda olduğu Laçın rayonunun deputatı Mahir Abbaszadəni ilə Milli Məclisdə tapmadığını deyir. Yalnız 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin birinci müavini Tariyel Hacıyev ona sənədsiz torpaq sahəsi verib. Mahir Rzayev vaqonu quru torpağa aparmaq istəyirmiş ki, torpağın zəbt olunduğunu görüb.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən Meydan TV-yə bildirilib ki, yaxın zamanlarda Qarabağ veteranlarının köçürülməsi üçün tədbir nəzərdə tutulmayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən suallarımıza cavab verən tapılmadı.

Ömür boyu çətinliklə yaşayan Mahir Rzayev isə "ölsək də Vətən üçün, qalsaq da" - deyir. O, elə bu il apreldə baş verən döyüşlər zamanı da cəbhəyə üz tutub.
''Allah bu məmurlara'' VAQONDA '' yaşamağı qismət etsin''-VİDEO[video=http://]Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər