Şəhid Elmi Səmədov Salyanda dəfn edildi
Tarix: 14-09-2022, 10:09
Baxılıb: 274
Google+ Paylaş
Tumblr Paylaş

Şəhid Elmi Səmədov Salyanda dəfn edildi

14-09-2022, 10:09

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu, Salyan rayonunun Qızılağac kənd sakini, 1996-cı il təvəllüdlü Elmi Mirzəli oğlu Səmədovun nəşi ailəsinə təhvil verilib.
reportyor.org xəbər verir ki, E.Səmədov Almalı kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin doğmaları, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər. E.Səmədov ailənin yeganə övladı olub.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ