19 yaşlı gənc qətl törətdi
Tarix: 31-08-2022, 16:17
Baxılıb: 386
Google+ Paylaş
Tumblr Paylaş

19 yaşlı gənc qətl törətdi

31-08-2022, 16:17

Bakıda 19 yaşlı gənc qətl törədib.
Bu barədə reportyor.tv-yə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Avqustun 31-i saat 04 radələrində Nərimanov rayonu Qarabağ küçəsində 1989-cu il təvəllüdlü Ceyhun Sədyarovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Ömər Cəfərlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ceyhun Sədyarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ömər Cəfərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ