Abenin qətli nazirin istefasına səbəb oldu
Tarix: 25-08-2022, 14:15
Baxılıb: 269
Google+ Paylaş
Tumblr Paylaş

Abenin qətli nazirin istefasına səbəb oldu

25-08-2022, 14:15

Yaponiya Baş Polis İdarəsinin (daxili işlər naziri) rəhbəri İtaru Nakamura istefa verdiyini açıqlayıb.
reportyor.org xəbər verir ki, onun istefasının avqustun 26-da Nazirlər Kabinetinin iclasında qəbul ediləcəyi gözlənilir. O, iyulun 8-də Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin öldürülməsinə gətirib çıxarmış təhlükəsizlik sisteminin mükəmməl olmaması səbəbindən vəzifəsini tərk etmək qərarına gəlib.
“Mühafizəni əsaslı şəkildə dəyişmək və oxşar hadisələrə heç vaxt yol verməmək üçün bizə yeni sistem lazımdır”, - deyə cənab Nakamura bugünkü mətbuat konfransında qərarını izah edib.
Keçmiş hökumət başçısı iyulun 8-də Nara şəhərində seçkiqabağı mitinqdə güllələnib. Yerli polis rəisi Tomoaki Onidzuka da hadisə ilə bağlı istefa vermək niyyətində olduğunu bildirib.
Sindzo Abenin dəfn mərasimi sentyabrın 27-də keçiriləcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ