10 min dollara civə satmaq istəyən şəxs saxlanıldı - VİDEO
Tarix: 26-07-2022, 14:39
Baxılıb: 309
Google+ Paylaş
Tumblr Paylaş

10 min dollara civə satmaq istəyən şəxs saxlanıldı - VİDEO

26-07-2022, 14:39

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfərin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
DİN-dən reportyor.org-a verilən məlumata görə, həyata keçirilən tədbir nəticəsində həmin şəxs - Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmağa hazırlaşarkən polislər tərəfindən saxlanılıb.
Fakla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə Toğrul Məmmədov barəsində həbs qətimkan tədbiri seçib, araşdırmalar davam etdirilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ