Dəhliz və ermənilər bu tarixdən Bakının nəzarətinə keçə bilər - PROQNOZ
Tarix: 10-06-2022, 16:12
Baxılıb: 710
Google+ Paylaş
Tumblr Paylaş

Dəhliz və ermənilər bu tarixdən Bakının nəzarətinə keçə bilər - PROQNOZ

10-06-2022, 16:12

Laçın dəhlizinə alternativ yolun çəkilişi xəbəri Ermənistanda isteriya ilə qarşılanır.

reportyor.org xəbər verir ki, 10 noyabr razılaşmasına əsasən Laçın şəhərinin içindən keçən dəhlizin marşrutu 3 il ərzində dəyişdirilməli və şəhər Azərbaycanın nəzarətinə keçməlidir. Azərbaycan yeni yolun inşasını iki il ərzində, yəni bu ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.

Bundan sonra Laçın şəhərinin mərkəzi, eləcə də hazırki dəhliz boyunca ermənilərin yaşadığı ərazilər Azərbaycan ordusunun tam nəzarətinə keçəcək.

Ermənistan müxalifəti bundan Paşinyana qarşı ittihamlar irəli sürmək üçün istifadə edir. “Ermənistan” blokunun deputatı, İrəvanda “müqavimət” adı ilə başlanan etirazlara rəhbərlik edən İşxan Saqatelyan Paşinyanı İlham Əliyevin tapşırığını yerinə yetirməkdə suçlayıb.

“Azərbaycan tərəfinin çəkdiyi alternativ yol hazır olandan sonra Ermənistan Laçına çıxışı itirəcək, eyni zamanda, “stepanakert”ə çıxış (Xankəndi) dolama yollarla olacaq. Bu o deməkdir ki, ermənilər tamamilə Azərbaycandan asılı duruma düşəcək və onların Qarabağdan çıxarılması prosesi başlanacaq”, - Saqataleyan deyib.

Saqatelyan “ermənilərin Qarabağdan çıxarılması prosesi başlanacaq” deyəndə konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb. Azərbaycan Qarabağdakı ermənilərə öz vətəndaşı olaraq yanaşır və onların bərabərhüquqlu şəkildə yaşamasını təmin edəcək. Lakin ermənilərin qarşısında iki seçim var: ya Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, ya da bölgəni tərk edəcəklər.

Laçına alternativ marşrut çəkiləndən sonra iki versiyanın gündəmə gəlməyi realdır:

Birincisi, Bakının yeni yola nəzarət-buraxılış məntəqəsinin qoyulması planı var: Zəngəzur dəhlizinin gömrüklə işləməsi Laçın dəhlizində də eyni rejimin tətbiqini aktuallaşdıracaq;

İkincisi, dolama və daha çətin relyefə malik yeni yolun istifadəsindən sonra Qarabağdakı ermənilərin Ermənistana gediş-gəlişi əvvəlki kimi asan olmayacaq.

Bu, ermənilərin ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da Qarabağı tərk etməli seçimini sürətləndirə bilər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ